Antik dövrə aid nekropol aşkarlanıb

 

Bir neçə gün öncə yağan güclü yağış nəticəsində yaranan sel suları Şamaxı rayonunun Quşçu kəndi ərazisində Antik dövrə aid nekropolun aşkar olunmasına səbəb olub. Sel suları kənd sakini Namiq Mustafayevə məxsus həyətyanı sahədə qədim qəbirlərin üzərini açıb. Kənd sakini bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat verib.

 

Dövlət Xidmətindən bildirilib ki, bununla əlaqədar AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji Ekspedisiyasının rəisi Akif Quliyevrayon üzrə abidə mühafizəçisi Yasin Nuriyev əraziyə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, sel suları nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin yamac hissəsində 9 qəbir üzə çıxıb. Torpaq qəbirlərin üzəri iri sal daşlarla bağlanıbmış. Qəbirlər torpaq səthindən 1,5-1,8 metr dərinlikdə yerləşir.

 

Ərazidə aparılan araşdırmalar nəticəsində 10 ədəd müxtəlif ölçülübiçimli saxsı məmulatlar, saxsıdan olan fiqurlar - bütlər, qrifon, heyvan fiqurları (at, qoç), metal pullar aşkar olunub. Tapıntılar arasında quş başlı insan fiqurları (qrifonlar) maraq doğurur. Bu tip qrifonlar vaxtilə qədim Misirdə müdriklikelm ilahəsini simvolizə edirmiş.

 

Qəbir kamerasından aşkar edilmiş numizmatika materialları nekropolun eramızın I əsrinə aid olduğunu təsdiqləyir. Abidədə aparılacaq arxeoloji tədqiqat işləri bir çox mətləblərə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, Şamaxı rayonunun Quşçu kəndi Antikİlk Orta əsrlər dövrlərinə aid abidələrlə zəngindir. Vaxtilə burada Qalacıq yaşayış yeri, Antikİlk Orta əsrlər dövrünə aid nekropollarda genişmiqyaslı arxeoloji tədqiqat işləri aparılıb.

 

 

Mədəniyyət.- 2020.- 7 avqust.- S.4.