Azərbaycan musiqisinin inciləri beynəlxalq festivallarda

 

“Min bir gecəbaleti Vyanada, “Məhəbbət əfsanəsi” Los-Ancelesdə

 

Bütün dünyanı bürüyən pandemiya mədəni həyatda da ciddi durğunluq yaradaraq, demək olar ki, əksər ölkələrdə yay mövsümünün ənənəvi beynəlxalq festivallarını təxirə salıb. Ölkəmizdə ənənəvi olaraq iyul-avqust aylarında keçirilənİpək YoluBeynəlxalq Musiqi Festivalı (Şəki), Qəbələ Beynəlxalq Musiqi Festivalı, JARA  Beynəlxalq Musiqi Festivalı (Bakı) bu il gerçəkləşmədi. Bununla belə, mədəniyyət incəsənət layihələri mövcud şərtlər çərçivəsində, yeni format təqdimatlarda, o cümlədən virtual müstəvidə, onlayn şəkildə, qismən olsa, reallaşır.

 

Avropada klassik musiqinin beşiyi sayılan Vyana şəhərində ilin bütün mövsümlərində müxtəlif səpkili mədəniyyət tədbirləri, festivallar, konsert tamaşalar təşkil olunur. Onların sırasında Vyana Şəhər Bələdiyyəsi önündə açıq havada təşkil olunan Vyana Film Festivalının özünəməxsus yeri var. Bu il koronavirus pandemiyası Avstriya paytaxtında da mədəni tədbirlərə ciddi şəkildəəl gəzdirsə, festival proqramı Bələdiyyə meydanında (Rathausplatz) quraşdırılmış böyük ekranda nümayiş olunur.

 

 Musiqi ekrandaadlı builki  Vyana Film Festivalı iki ay – 4 iyuldan 6 sentyabradək davam edəcək. Festivalın proqramına klassik musiqi konsertləri, opera balet tamaşaları, müasir musiqi, pop, caz, rəqs s. konsertlərin videoyazıları daxildir. Hər axşam Vyana sakinləri şəhərin qonaqları Avropanın dünyanın görkəmli bəstəkarlarının musiqilərini dinləyir, məşhur solist kollektivlərin ifasını ekranda izləyirlər.

 

Builki festivalda ilk dəfə olaraq təşkilatçılar Azərbaycan klassik musiqisinə müraciət ediblər. Festival çərçivəsində avqustun 5-də dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecəbaletinin videoyazısı nümayiş olunub.

 

Qeyd edək ki, festivalda təqdim olunan “Min bir gecəbaleti 2019-cu ildə Bakıda, Heydər Əliyev Sarayında Rusiyanın məşhurKreml baletiteatrının quruluşunda (xoreoqrafiyaAndrey Petrov) təqdim olunub. Həm möhtəşəm musiqisi, melodiya rəngarəngliyi, həm səhnə tərtibatına görə alqış doğuran “Min bir gecə”nin Vyanada böyük ekranda nümayişi böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, 4 iyulda Lüdviq van Bethovenin “Fidelio” operasının nümayişi ilə başlayan festival sentyabrın 6-da  Jorj BizeninKarmenoperasının film-tamaşası ilə yekunlaşacaq.

 

Vyana Film Festivalının xüsusiyyətlərindən biri Bələdiyyə meydanında qurulan kulinariya köşkləridir. Milli beynəlxalq mətbəxin təqdim olunduğu həmin köşklər sayəsində festivala gələnlər həm musiqidən, həm ləzzətli təamlardan zövq ala bilirlər.

 

***

 

Okeanın o tayında – ABŞ-da isə Azərbaycan musiqisinin daha bir görkəmli nümayəndəsi Arif Məlikovun əsəri onlayn festivalın proqramında yer alıb. Los-Ancelesdə keçirilən Yay onlayn festivalında Azərbaycanın violonçel ifaçısı Ruslan Biryukov pianoçu Frank Fettanın ifasında L.Bethoven, F.Şopen, N.Paqanini, C.Gerşvin, S.Raxmaninov digər bəstəkarların əsərləri ilə yanaşı, Arif Məlikovun dünya şöhrətliMəhəbbət əfsanəsibaletindənNoktürnəsəri səslənib.

 

Bu barədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov məlumat verib. Onun sözlərinə görə, ifadan əvvəl əsər haqqında məlumat verən Ruslan Biryukov Azərbaycanda doğulduğunu doğma ölkəsinin bəstəkarının parlaq əsərini təqdim edəcəyini bildirib. Noktürn”ün gözəl qəlbəyatan musiqisi məşhur ifaçılar R.Biryukovun F.Fettanın orijinal interpretasiyasında xarici dinləyicilər tərəfindən maraqla qarşılanıb.

 

Tanınmış violonçel ifaçısı Ruslan Biryukov Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasında, daha sonra isə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında təhsil alıb. Məktəb-studiyada oxuyarkən beynəlxalq və respublika müsabiqə və festivallarında iştirak edib, onun adı “Yeni adlarRusiya beynəlxalq proqramının “Qızıl kitab”ına daxil edilib. Gənc yaşlarından Azərbaycan bəstəkarlarının əsərlərini təbliğ edən R.Biryukov çox zaman onların ilk ifaçısı olub. Hazırda Qlendeyl Filarmonik Orkestrinin rəhbəri və Los-Ancelesdə “Positive Motions” konsertlər seriyasının bədii rəhbəridir.

 

Mədəniyyət.- 2020.- 7 avqust.- S.1;3.