Maestro Niyazinin
xatirəsi anılıb
Avqustun 2-də görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, maestro Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 1912–1984) vəfatından 36 il ötdü.
Bu xatirə günündə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Niyazinin mənzil-muzeyinin əməkdaşları Fəxri xiyabanda görkəmli sənətkarın məzarını ziyarət ediblər.
Niyazinin Azərbaycan incəsənətinin
çiçəklənməsi yolunda zəngin
fəaliyyəti müasir mədəniyyət
tariximizin parlaq səhifəsini
təşkil edir. Milli
dirijorluq məktəbinin
formalaşması və az vaxtda
böyük inkişaf
yolu keçməsi bilavasitə onun adı ilə bağlıdır. Maestro Niyazi Azərbaycan
musiqisində yaranmış yeni əsərlərin
təbliğində, beynəlxalq aləmdə şöhrət
qazanmasında müstəsna xidmətlər göstərib. Eyni zamanda bəstəkar kimi Azərbaycan musiqisində bitkin
və dolğun məzmunlu simfonik
əsərlər yaradaraq milli
simfonizmin təşəkkülünə
dəyərli töhfələr verib. Onun “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra”
baleti və onlarla
irili-xırdalı əsərləri musiqi
xəzinəmizin dəyərli inciləridir.
Mədəniyyət.-
2020.- 7 avqust.- S.6.