Yubilyar kino xadimləri
təbrik edilib
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin
səlahiyyətlərini müvəqqəti
icra edən Anar Kərimov milli kino sənətinin
tanınmış nümayəndələri
– Xalq artisti, kinoaktyor Fəxrəddin Manafovu anadan olmasının 65, Əməkdar
incəsənət xadimi,
kinoşünas, rejissor
Ayaz Salayevi isə anadan olmasının 60 illiyi münasibətilə təbrik
edib.
Təbrikdə hər iki yubilyarın
Azərbaycan mədəniyyətinə,
o cümlədən kino
sənətinə mühüm
töhfələr verdiyi
diqqətə çatdırılır.
Qeyd olunur ki, 40 ilə
yaxındır Azərbaycan
kinosunun sevilən simalarından olan Fəxrəddin Manafov güclü aktyor istedadı sayəsində,
müxtəlif filmlərdə
yaratdığı xarakterik
obrazlarla təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da geniş tamaşaçı
rəğbəti qazanıb
və kino sənətimizi tanıdıb.
Təbrikdə, həmçinin Ayaz Salayevin rejissor və ssenarist kimi müasir Azərbaycan kinosunda özünəməxsus yerə
malik olduğu, eyni zamanda ölkəmizdə
kino sənətinin təbliğində və
populyarlaşmasında xidmətləri,
bu sahədə səmərəli pedaqoji fəaliyyəti xüsusi qeyd olunur.
Anar Kərimov
hər iki yubilyara ən xoş arzularını bildirib, onlara möhkəm cansağlığı,
gələcək fəaliyyətlərində
yeni uğurlar arzulayıb.
Mədəniyyət.-
2020.- 7 avqust.- S.3.