“Mənim yay tətilim”
Müsabiqəyə rəsmlərin qəbulu
davam edir
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində elan edilən “Mənim yay tətilim – 2020” Respublika uşaq rəsm müsabiqəsi davam edir.
Ənənəvi müsabiqə rəssamlıq istedadı olan məktəblilərin yay istirahətlərinin səmərəli keçməsi və tətil zamanı diqqəti çəkən hadisələri tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
Müsabiqəyə qeydiyyat oktyabrın 15-dək aparılacaq. Qeydiyyat üçün www.xsm.az saytında “Mənim yay tətilim-2020” bölümünə və ya http://xsm.az/site/menimyaytetilim2020/ linkinə daxil olub 1 və ya 2 rəsmin fotosunu daxil etmək lazımdır.
Seçim iki yaş kateqoriyası üzrə (12 yaşa qədər, 12-17 yaş) keçiriləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
Birinci turdan
keçmiş əsərlərin müəllifləri
sərgidə nümayiş olunmaq üçün Xətai
Sənət Mərkəzinə dəvət olunacaqlar.
Mədəniyyət.- 2020.- 13
avqust.- S.5.