“Musiqi
muzeyi regionun inkişaf amili kimi”
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Alla Bayramova P.İ.Çaykovskinin
Dövlət Memorial Musiqi
Muzey-Qoruğunun (Moskva
vilayəti, Klin şəhəri) direktoru
Vladimir Lisenkonun dəvəti
ilə avqustun 7-də
“Musiqi muzeyi regionun inkişaf amili kimi” Beynəlxalq
elmi-praktiki onlayn konfransında çıxış
edib.
Konfrans böyük
rus bəstəkarı
Pyotr Çaykovskinin
180 illiyinə həsr
olunmuş festival çərçivəsində
keçirilib. Konfransda müxtəlif ölkələrin
musiqi muzeylərinin direktorları və musiqiçiləri iştirak
ediblər.
A.Bayramova çıxışında Azərbaycanın
musiqi muzeyləri, Heydər Əliyev Mərkəzinin “Birlik və müxtəliflik” adlı dünya xalqlarının musiqi alətləri daimi sərgisi, Tovuz Dövlət Aşıq Sənəti Muzeyi haqqında söhbət açıb. O, həmçinin
Ermənistanın işğal
etdiyi Azərbaycan ərazilərində dahi bəstəkar Üzeyir Hacıbəylinin, böyük
vokalçı Bülbülün
və tarzən Qurban Pirimovun memorial muzeylərinin məhv edildiyini diqqətə çatdırıb.
LALƏ
Mədəniyyət.- 2020.- 13
avqust.- S.3.