Milli mirasımızın mənşəyi”

 

 

Azərbaycan əsilli modelyerin kolleksiyasının Antalyada təqdimatı

 

Türkiyənin Antalya şəhərində keçirilən moda nümayişi çərçivəsində Norveçdə yaşayan azərbaycanlı modelyer Şervin Nəcəfpurun “Milli mirasımızın mənşəyi” (“Land of our origin”) adlı kolleksiyası moda həvəskarlarına təqdim olunub.

 

KolleksiyaFosforlu Beach Clubda keçirilən moda nümayişi çərçivəsində üç digər dizaynerin yay libasları ilə birgə təqdim edilib.

 

Məşhur türk dizayner Haktan Bucke, Türkiyənin çimərlik libasları istehsal edən “Argento” şirkətinin məhsulları və Antalyada Şervin Nəcəfpur kolleksiyalarının satışını həyata keçirən “Your Bohemian” şirkətinin dəstəyi ilə Azərbaycan əsilli norveçli modelyerin yaratdığı geyimlər tədbir iştirakçılarının marağına səbəb olub.

 

Şervin Nəcəfpurun 15 geyimdən ibarət kolleksiyası Azərbaycan bayrağının rəngləri və milli motivlərilə yanaşı, üzərində Qobustan qayaüstü rəsmlərinin də yer aldığı libaslardan ibarət olub.

 

Qeyd edək ki, tədbir Türkiyədə COVİD-19-la bağlı qadağaların yumşalmasından sonra keçirilən ilk moda nümayişlərindəndir.

 

Mədəniyyət.- 2020.- 13 avqust.- S.8.