“Cəngi”nin səsi beynəlxalq onlayn festivaldan gəlib
Etno-caz qrupu karantin
şəraitində hazırladığı
kompozisiyanı təqdim
edib
Rusiya Federasiyasının Sankt-Peterburq
şəhərində ənənəvi
olaraq təşkil olunan “Dünya musiqiləri” Beynəlxalq Etnik Festival bu il pandemiya
səbəbindən onlayn
formatda gerçəkləşib.
Sankt-Peterburq Mədəniyyət
Komitəsinin dəstəyi
və Sankt-Peterburq Teatr və Musiqi
Muzeyinin təşkilatçılığı
ilə avqustun 8-də
keçirilən festival Rusiyanın
“Vkontakte” sosial şəbəkəsində, həmçinin
“Böyük efir” telekanalında və “Rusiya Federasiyasının mədəniyyət portalı”nda
(www.culture.ru) yayımlanıb.
İki saat davam edən canlı yayımda Rusiyanın müxtəlif
şəhər və
regionlarından, habelə
Qazaxıstan və Azərbaycandan ümumilikdə
15 musiqi kollektivi çıxış edib.
Festivalda ölkəmizi Xalq artisti Mircavad Cəfərovun rəhbərlik
etdiyi “Cəngi” etno-caz qrupu təmsil edib. Qrup tərəfindən
Dave Brubeckin “Take Five” əsərinin
milli musiqi alətlərində ifası
təqdim edilib.
“Cəngi”nin karantin şəraitində,
Mədəniyyət Nazirliyi
və “Kreativ Azərbaycan” portalının
“Evdə qal – evdə yarat” təşəbbüsü çərçivəsində
hazırladığı kompozisiya
auditoriyanın böyük
marağına səbəb
olub.
Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin
“Cəngi” qrupu xalq musiqisi ilə
cazın sintezini təşkil edən kompozisiyaları ilə məşhurdur. Azərbaycanı
dəfələrlə musiqi
yarışmalarında, beynəlxalq
festivallarda təmsil edən qrupun tərkibinə Xalq artisti Mircavad Cəfərov (bədii rəhbər, ud ifaçısı), əməkdar
artistlər Ruslan Hüseynov (bas-gitara) və Kamran Kərimov (nağara), Mircavid Cəfərov (tar),
Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə
(fortepiano), Fuad Mehdiyev
(zərb alətləri),
Lütfiyar Əliyev (saksofon), Yusif Əzizov (davul) daxildir.
Qeyd edək ki,
onlayn festivalın
iştirakçıları 2021-ci ilin avqust ayında Sankt-Peterburq
şəhərinin Şeremetyevo
sarayında açıq havada keçiriləcək
növbəti “Dünya musiqiləri”
festivalında çıxış etmək üçün
dəvət olunublar.
Mədəniyyət.- 2020.- 13
avqust.- S.8.