Tacikistan portalında Qarabağ
münaqişəsi haqqında məqalə
Tacikistanın avesta.tj portalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tanınmış özbək tarixçisi Şuxrat Barlasın rus dilində “Qarabağ sindromu-mənbələr və nəticələr” adlı məqaləsi yerləşdirilib.
Məqalədə münaqişənin tarixi haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Ermənistanın Dağlıq Qarabağa ərazi iddiaları faktiki olaraq 1988-ci ildə başlasa da, bu iddialar çox-çox əvvəl vardı və ermənilər bu istiqamətdə fəaliyyət göstərirdilər. Məqalədə ermənilərin bütün dünyada bu istiqamətdə apardığı çirkin təbliğat təhlil edilir, bu məsələlərə hüquqi-siyasi qiymət verilir.
Xatırladaq ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Şuxrat Barlasın “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Fərqanədən Qarabağa qədər”, “Qarabağ: ideyalar müharibəsi” və “İdeyalar müharibəsi. Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər” kitabları rus və özbək dillərində işıq üzü görüb.
“Türküstan və Cənubi
Qafqaz XIX-XX əsrlər. Daşnaklar
Fərqanədən Qarabağa qədər”
kitabı əsasında sənədli film
çəkilib.
Mədəniyyət.- 2020.- 13
avqust.- S.2.