Sənətin rəngləri və səsi muzeylərin təqdimatında

 

Mövcud karantin vəziyyətində qapıları bağlı olan paytaxt muzeyləri öz sosial şəbəkə hesabları üzərindən maraqlı təqdimatlarını davam etdirir. Biz bir ziyarətçi olaraq muzey eksponatları ilə canlı təmasda olmasaq da, bu təqdimatlardakı tarixi məlumatlar hər birimiz üçün zəngin informasiya mənbəyi sayıla bilər.

 

***

 

Azərbaycan Milli İncəsənət Muzeyinin maraqlı təqdimatlarından biri 1937-ci ildə muzeyin açılışı zamanı çəkilmiş xatirə fotosunun rənglənmiş versiyasının paylaşımıdır. Fotoda Əzim Əzimzadə, İsmayıl Axundov, Rüstəm Mustafayev kimi rəssamlarımız yer alır.

 

Maraqlı cəhətlərdən biri də paylaşılan hər eksponata uyğun Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrindən parçaların təqdim olunmasıdır. Toğrul Nərimanbəyovun 1965-1966-cı illərdə çəkdiyi “Göyçay bağlarında” tablosu

 

Bağban mənə pay gətir,

Əsirgəmə, var gətir.

Əkilməmiş ağacdan,

Dərilməmiş nar gətir”

 

bayatı misraları ilə müşayiət olunur.

 

Xalq rəssamı Kazım Kazımzadənin doğum günü münasibətilə paylaşım edən muzey rəssamın Nizami Gəncəvinin “XosrovŞirin” poemasına kağız, sulu boya, quaşla işlədiyi illüstrasiyanı təqdim edib. Təqdimat “Yeməyin dadı duzdur, sevginin dadı düzdür  atalar sözü ilə tamamlanıb.

 

“Azərbaycan rəngkarlığının kraliçası” adlı paylaşımda isə Vəcihə Səmədova yaradıcılığının məzmun dolğunluğundan söz açılıb. Vurğulanıb ki, zəngin kolorit həlli və sərbəst yaxı manerasını, ritmik rəng keçidləri, dinamik plastika və işıq-kölgə münasibətlərinin məharətlə əlaqələndirmək bacarığı rəssamın özünəməxsus üslub tərzindən xəbər verir.

 

“Təbiət hər zaman yenidir!” söyləyən İvan Şişkin rus təsviri sənətinin görkəmli nümayəndəsi, məşhur peyzaj ustası olub. Bu təqdimatda muzeyin ekspozisiyasından rəssamın “Meşə yolu” və “Meşədə” tabloları təqdim olunur.

 

***

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi məşhur opera müğənnisi, Xalq artisti Məmmədtağı Bağırovun (1890-1961) anadan olmasının 130 illiyi ilə bağlı paylaşım edib.

 

Məmmədtağı Bağırov 1890-cı il avqustun 5-də Bakıda anadan olub. Tanınmış teatr aktyorurejissoru Sidqi Ruhullanın təkidi ilə Hüseyn Ərəblinskinin teatr truppasına daxil olub. 1909-cu ildən Bakıdakı opera truppalarında yer alıb, 1914-cü ildən solist kimi çıxış edib. Səhnəmizdə milli qadın ifaçıların olmadığı vaxtlarda Üzeyir HacıbəylininƏsli Kərəm”ində Əsli, “Leyli Məcnun”da Leyli obrazlarını yaradıb. Azərbaycan musiqili teatrının əvəzsiz nümunəsi sayılanArşın mal alan”ın ilk səhnə quruluşunda Məmmədtağı Bağırovun zəhməti az olmayıb, Süleyman Soltan bəy partiyalarını ifa edib. Müslüm MaqomayevŞah İsmayıloperasını yazanda Ərəbzəngi partiyasını onu nəzərdə tutaraq bəstələmişdi. 1919-cu ildə opera tamaşaya qoyulanda müğənni Ərəbzəngi obrazını misilsiz bir məharətlə yaratmışdı. İllər sonra M.Bağırov M.MaqomayevinŞah İsmayıloperasında Aslan şahı, “Nərgizoperasında Ağalar bəyi ifa edir. O, Ü.HacıbəylininƏsli Kərəmoperasında keşiş, “Koroğlu”da Həsən xan, Z.HacıbəyovunAşıq Qərib”ində Şahvələd, F.ƏmirovunSevil”ində Əbdüləli bəy, C.RossinininSevilya bərbərioperasında Bartolo s. obrazları böyük ustalıqla canlandırıb. “O olmasın, bu olsunfilmində Rüstəm bəyin (Ağasadıq Gəraybəyli) vokal ifalarını da M.Bağırov səsləndirib.

 

Lalə AZƏRİ

 

 

Mədəniyyət.- 2020.- 13 avqust.- S.4.