“Molla Nəsrəddin”in
Haqverdiyev naxışı
Görkəmli yazıçı-dramaturq, ictimai xadim
Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) maraqlı bədii
əsərləri ilə ədəbiyyatımızı zənginləşdirdiyi
kimi, publisistikası və jurnalist fəaliyyəti ilə də
ölkəmizdə mətbu fikrin inkişafına mühüm
töhfələr verib. Bu il anadan olmasının 150 illiyi
dövlət səviyyəsində qeyd edilən böyük ədibin
“Molla Nəsrəddin” jurnalındakı fəaliyyətinə
nəzər salacağıq.
Təkcə Azərbaycanın deyil, bütövlükdə
müsəlman Şərqinin qəflət yuxusundan
oyanmasına güclü təsir göstərmiş “Molla Nəsrəddin”
jurnalının (1906-1931) özü və onun əsasında
yaranan ədəbi məktəb və bu məktəbin
nümayəndələrinin irsi günümüzdə də
əhəmiyyətini qoruyub saxlayır. Satirik dərginin
ən fəal yazarlarından biri də Əbdürrəhim bəy
Haqverdiyev olub. “Molla Nəsrəddin” ədəbi məktəbinin
tanınmış tədqiqatçısı, mərhum
professor Firudin Hüseynov yazır ki, jurnalın azərbaycançılıq
ideyasının daşıyıcıları – Cəlil Məmmədquluzadə,
Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir,
Əli Nəzmi, Məmməd Səid Ordubadi və
başqalarının durduğu cərgədə
Əbdürrəhim bəy Haqverdiyevin öz yeri, öz xidmətləri
var.
Haqverdiyevin yaşadığı dövrdə milli
özünüdərk, Vətənin istiqlalı, millətin
oyanıb öz haqqını tələb etməsi, ana dilinin
yad təsirlərdən qorunması, gözəl milli adət-ənənələrə
sədaqət kimi amillərə diqqət artırdı. Şübhəsiz
ki, Əbdürrəhim bəyin də bədii
yaradıcılığı bu amillərlə sıx
bağlı idi. Onun bədii
yaradıcılığı xalqı ilə dərdləşmək
və onu böyük tərəqqiyə, təkamülə
yetirməyə xidmət edirdi. Vətənini
istiqlala qovuşdurmaq, millətini tərəqqiyə
çatdırmaq, ana dilinin gözəlliyini qorumaq
üçün ədib bir tərəfdən bədii nəsrin,
dramaturgiyanın imkanlarından, digər tərəfdən mətbuatın
və xüsusilə “Molla Nəsrəddin”in tribunasından məharətlə
istifadə edirdi.
Haqverdiyev
xatirələrində “Molla Nəsrəddin” jurnalının nəşrə
başlaması və cəmiyyətdə doğurduğu
reaksiyanı belə qiymətləndirirdi: “Mîlla Nəsrəddin”
jurnalı çıxmağa başlayanda mən Şuşada
idim. 1906-cı sənənin aprelində çıxan birinci
nömrəsi may ayının əvvəllərində əlimizə
keçdi. Bu nömrə şəhər əhalisi
arasında bir bombatək partladı. Birinci nömrənin
birinci səhifəsində mollalara zərbə vurması, həmişə
üsuli-şeyxi və Hacı Kərimxanı söhbətlərinə
məşğul olan və mollaları “başlarında gəzdirən”
Şuşa əhalisinə təsirini qələm təsvir
etməkdən acizdir. Gah înun adını misyîner və xalqı müsəlmanlıqdan
döndərib xaçpərəstliyə çəkmək
istəyən jurnal qoydular, gah danışırdılar ki,
guya bu jurnalı nəşr edən babilərdir. Mîllalar jurnal yazanları və
îxuyanları təkfir
edib deyirdilər: “Bu jurnal gərək bir müsəlmanın
evinə girməsin, înu nəinki îxumaq,
ələ belə almaq haramdır”. Bu sözlər
bir Qarabağda yîx,
Zaqafqaziyanın hər bir şəhərində deyilirdi”.
Ədib
jurnalın aparıcı imzaları, müəllifləri və
onlarla münasibətləri barədə yazırdı: “Sabirlə
mənim yavıq rəfaqətim var idi: înunla çîx görüşüb çox
müsahibədə bulunurdum. Sabirin təbinə,
qafiyəpərdazlığına, bədahətən şeir
söyləməsinə heç bir söz îlmazdı. Sabir
həqiqətən şeirdə böyük məharət
yetirmiş bir şair idi. Sabir “Molla Nəsrəddin”dən
çîx qabaq şeirlər
yazardı. Nəhayət, Sabiri “Sabir” edən
“Molla Nəsrəddin” îldu.
Təb Sabirin idi, qafiyəpərdazlıq Sabirin
idi, istedadi-şeriyyə Sabirin idi, fəqət mövzu verən
“Mîlla Nəsrəddin” və
Mirzə Cəlil idi. 1913-cü sənədə
Mirzə Cəlil şair Əliqulu Nəcəfzadə “Qəmküsar”
təxəllüsü özünə redaktor yoldaşı qəbul
etdi. Nəcəfzadə qabil, mövzu təbli,
dərin ittilatlı və sîn
dərəcədə hafizəli idi ki, uşaqlıqdan î günə kimi îxuduğu cəmi əşar
înun hafizəsində
idi.
Əliqulu Nəcəfzadə îndan da qabaq “Mîlla Nəsrəddin”ə “Cüvəllağı”
imzası ilə şeirlər yazıb göndərərdi. Înun ikinci redaktîr îlması jurnalı daha da
ruhlandırdı. Nəhayət, 1919-cu sənədə înun vəfatı “Mîlla Nəsrəddin”ə
böyük bir zərbə vurub, hətta jurnalın
üç il dayanmasına səbəb îldu. 1922-ci ildə, Azərbaycan sîvetləşdikdən sînra Mirzə Cəlil
Bakıya köçüb köhnə yîldaşlarını
başına cəm edib jurnalı nəşr etməyə
başladı”.
***
“Molla Nəsrəddin” dərgisi Haqverdiyevin də
yaradıcılıq istiqamətlərinin müəyyənləşməsində
aparıcı rol oynayırdı. Filologiya üzrə elmlər doktoru,
professor Allahverdi Məmmədli qeyd edir ki,
Əbdürrəhim bəyin hekayələrində,
bütövlükdə bədii nəsrində Cəlil Məmmədquluzadənin
təsiri hiss olunur. İstər “Molla Nəsrəddin”
səhifələrində, istərsə də nəsr
yaradıcılığında Ə.Haqverdiyev tipik obrazlar yaradır
və həmin obrazları özünü dərk etməyə,
istiqlalını qazanmağa, inkişafa hazırlayır.
O, Azərbaycan milli koloritindən, milli məişətindən
çıxış edərək ya bunu bəyənir, təbliğ
edir, ya da köhnəliyi tənqid edib yeni dünyaya, yeniliyi
duymağa çağırır.
“Molla Nəsrəddin”in əməkdaşları
sırasında xalqı yaxşı anlayan və onun dərdlərinə
əlac axtaran bir ədib kimi Ə.Haqverdiyev sözü
özünə silah seçmişdi. Onun “Molla Nəsrəddin”ə
qədər də mətbu yaradıcılığı
vardı. 1906-cı ildə “Həyat” qəzetində dərc
etdirdiyi “Ata və oğul”, “Ayın şahidliyi” hekayələri
böyük maraq doğurmuşdu. “Molla Nəsrəddin”
kimi qüdrətli bir jurnalın fəaliyyətə
başlaması isə onun bədii nəsrinə geniş
meydan açdı. Jurnalın yaradıcısı və
ideya rəhbəri Cəlil Məmmədquluzadə
“Xatiratım”da yazırdı: “Molla Nəsrəddin” tək bir
nəfər müəllifin əsəri deyil, “Molla Nəsrəddin”
bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin
əsərinin məcmuəsidir ki, mən də onların
ancaq ağsaqqal yoldaşıyam”. Bu “ağsaqqal
yoldaş”ın yaradıcılıq işində ən
çox söykəndiyi ədiblər sırasında
Əbdürrəhim bəy xüsusi yer tutur. O, Xortdan,
Ceyranəli, Mozalan bəy imzaları ilə jurnalda
çıxış edirdi. Müəllifin “Cəhənnəm
məktubları”, “Marallarım” silsiləsindən satirik hekayələri,
“Mozalan bəyin səyahətnaməsi” kimi əsərləri
bu jurnalda dərc olunub.
Ədibin “Xortdanın cəhənnəm məktubları”
povesti ictimai xarakterinə, qaldırdığı problemlərə,
mövzu aktuallığına və üslubuna görə ədəbiyyatımızın
seçilən əsərlərindəndir. Bu əsərdə
yazıçı XIX əsrin sonu – XX əsrin əvvəlləri
Azərbaycan mühitinin bədii portretini yaradıb. Povestdə nəzərə çarpan ictimai
qüsurlar, eybəcərliklər satirik üslubda ifşa
olunub. “Molla Nəsrəddin”də hissə-hissə
dərc olunan povest ədibin bir sənətkar
narahatlığının ifadəsidir. Xalqın
oyanması, haqqı nahaqdan seçməsi, qanunsuzluqlara
göz yummaması bir yazıçı kimi onun əsas qayəsi
idi.
***
Ə.Haqverdiyevin
silsilə şəklində “Molla Nəsrəddin”də dərc
olunan ikinci əsəri “Mozalan bəyin səyahətnaməsi”dir.
Yazıçı bu mövzuda satirik yazıların jurnal səhifəsinə
gəlməsinin tarixçəsini belə qeyd edir: “Bir dəfə
cəm olub “İbrahim bəyin səyahətnaməsi”ndən
(Zeynalabdin Marağayi) söhbət edirdik. Burada “Molla Nəsrəddin”in
dostlarından Ömər Faiq Nemanzadə, Salman Mümtaz,
Qurbanəli Şərifov var idi. Bunu da deməliyəm
ki, “Molla Nəsrəddin”in cəmi Türküstanda
şöhrət və nüfuz qazanmasına səbəb
Salman Mümtaz olduğu kimi, Naxçıvan tərəfindən
də Qurbanəli Şərifov səbəb idi.
“İbrahim bəyin səyahətnaməsi”ndən söhbət
olduqda mən dedim: “Nə olardı, bu kitaba nəzirə – bir
“Səyahətnameyi “Molla Nəsrəddin” də olaydı. Aya,
görəsən, “Molla Nəsrəddin” islam
aləmini səyahət etsə, onun başına nə
müsibətlər gələ bilər? Bu yerdə Mirzə Cəlil
üzünü bizə tutub dedi: Gəlin biz Mozalanı gəzdirək.
Ancaq bunun səyahətnaməsini öz
aramızda bölüşdürək. Hər kəs onu
özü görüb bildiyi yerə aparıb səyahət
etdirsin; oxuyanlar güman etsinlər ki, həqiqətən, bu adam gəlib buraları görüb, bu
felyetonları yazmış. Belə də oldu.
Birinci felyetonu mən başlayıb Mozalanı
Bakıya kimi gətirdim. Bakıdan Məşhədə
onu Salman Mümtaz apardı. İrəvan və
Naxçıvan tərəflərində Qurbanəli Şərifov
gəzdirdi. Beləliklə, “Mozalan bəyin
səyahətnaməsi” ortalığa çıxdı”.
Ədibin “Molla Nəsrəddin”dəki başlıca mövzuları real həyatın və vaxtı keçmiş münasibətlərin tənqidindən ibarətdir. Ədibin “Marallarım” əsərindən kiçik bir parça da onun ideyası və hədəfləri barədə aydın təsəvvür yaradır: “Hər yer mənim marallarımla doludur. Gözəl marallarım, göyçək marallarım... Hacı marallarım, kərbəlayı marallarım, məşədi marallarım, molla, rövzəxan, bəy-xan marallarım. Başları qapazlı, üzləri tüpürcəkli marallarım...”.
Ə.Haqverdiyev ömrü boyu “Molla Nəsrəddin”ə sədaqətli olub, onu müdafiə edib, Mirzə Cəlil ilə dostluğunu davam etdirib. Onun sovet dövründə yazdığı əsərlərin də mayasında mollanəsrəddinçilik ruhu yaşayır. Ədibin “Ağac kölgəsində”, “Ədalət qapıları”, “Köhnə dudman”, “Yoldaş Koroğlu” pyeslərində, “Söhbət”, “Diş ağrısı”, “İanə” və başqa hekayələrində Azərbaycan cəmiyyətində olan mənfi hallar kəskin tənqid olunur.
***
Ə.Haqverdiyevin 150 illik yubileyi haqqında dövlət başçısının 31 yanvar 2020-ci il tarixli sərəncamı böyük ədibin həyat yoluna və zəngin yaradıcılığına, habelə ictimai fəaliyyətinə yenidən nəzər salmaq imkanı yaradır. Yubiley münasibətilə müxtəlif tədbirlər təşkil olunur, yazıçının ədəbi-mədəni fikrimizin inkişafındakı xidmətləri xatırlanır. Haqverdiyevin 150 illiyi həmçinin UNESCO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri sırasına daxil edilib.
Ömrünün böyük bir hissəsini xalqımızın maariflənməsinə, ictimai-mədəni həyatın inkişafına həsr edən Əbdürrəhim bəy Haqverdiyev bənzərsiz bədii irsi ilə yanaşı, publisistik fəaliyyəti ilə də yaddaşlarda əbədi yaşayacaq.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2020.- 13
avqust.- S.6.