Ölkəmiz Moskvada
“Sərhədsiz dostluq” festivalında təmsil
olunur
Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları – 2020” çərçivəsində “Sərhədsiz dostluq” festivalı keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, festivalda Azərbaycanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və rəqs ansamblı təmsil edir.
Festivalda müxtəlif ölkələrin və dünya xalqlarının mahnı və marşları, rəqsləri təqdim olunur. Təmsilçilərimizin ifa etdiyi milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin sədaları altında milli geyimlərdə rəqslər tamaşaçıların rəğbətini qazanıb.
Eyni zamanda
festival çərçivəsində Azərbaycan
mədəniyyəti günləri də keçiriləcək.
Tədbirdə xalqımızın mədəniyyəti,
folkloru və tarixini
özündə əks etdirən müxtəlif stendlər, eksponatlar, suvenirlər, xalçalar,
kitablar, Azərbaycanda istehsal
edilən ərzaq və digər məhsullar təqdim olunacaq. 50-dək ölkədən mindən
artıq musiqiçi, vokalist
və rəqqasın qatıldığı festival sentyabrın 5-dək davam
edəcək.
Mədəniyyət.- 2020.- 20
avqust.- S.1.