Əmir Teymur: tarixdə ədəbiyyatda

 

 

Monoqrafiya Almaniyada çap olunub

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Lütviyyə ƏsgərzadəninƏmir Teymur: tarixdə ədəbiyyatdamonoqrafiyası Almaniyanın “LAP – Lambert Academic Publishing” nəşriyyatında çapdan çıxıb.

 

Kitabda Türk dünyasının böyük fatehlərindən biri, Teymurilər dövlətinin başçısı Əmir Teymurun (1336-1405) dövlətçilik fəaliyyəti, yürüş zəfərləri, həmçinin bütün bunların ədəbiyyatda əks olunmasından söz açılır.

 

Monoqrafiyada Azərbaycan ədəbiyyatında Əmir Teymur mövzusuna da toxunulur. Bu kontekstdə xüsusilə mütəfəkkir şair-dramaturq Hüseyn Cavidin görkəmli sərkərdəyə həsr olunanTopal Teymurpyesindən bəhs edilir. Bildirilir ki, dramaturq əsəri qələmə alarkən Əmir Teymurla bağlı mənbələri dərindən araşdırıb. Mövzuya bələdliyinin nəticəsidir ki, əsər ideya-bədii cəhətdən böyük təsirə malikdir bu gün aktuallığını qoruyub saxlayır.

 

 

Mədəniyyət.- 2020.- 20 avqust.- S.6.