Tarixi irsə həsr edilmiş ömür

 

Arxeoloq Qafar Cəbiyevin 70 illiyi qeyd olunur

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə tanınmış arxeoloq alim, AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyevin 70 illik yubileyi müxtəlif tədbirlərlə qeyd olunur.

 

Dövlət Xidməti, “Orta əsr Ağsu şəhəriDövlət Tarix-Mədəniyyət Qoruğu MirasMədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 14-16 avqust tarixlərində arxeoloqun 70 illiyi ilə bağlı vebinarlar keçirib.

 

İlk vebinarArxeoloji ekspedisiya: Şamaxımövzusuna həsr olunub. Vebinarın moderatoruOrta əsr Ağsu şəhəriDövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, məruzəçiləriAzərbərpaLayihə-Tədqiqat İnstitutunun direktoru, memarlıq üzrə fəlsəfə doktoru Telman Kərimli, Qafar Cəbiyevin ekspedisiyalarının üzvləritarix üzrə fəlsəfə doktoru Elmira Abbasova Vüsal Həsənov olublar. Vebinarda Şamaxının Dəmirçi kəndində yerləşən Gəgəli yaylağı nekropolu Ömər Sultan” ziyarətgahında aparılan arxeoloji tədqiqatlardan onun nəticələrindən danışılıb.

 

Vebinarlarda Qəbələ-İsmayıllı Ağsu-Kürdəmir abidələrindən, aparılan arxeoloji tədqiqatlardan da bəhs edilib.

 

Yubiley tədbirləri çərçivəsində avqustun 25-26-da  “Azərbaycan arxeologiyasının inkişafında Qafar Cəbiyevin rolumövzusunda beynəlxalq konfrans təşkil olunacaq. Konfransda Azərbaycan arxeologiyası, onun orta əsrlər mərhələsi, şəhər mədəniyyəti, Qafqaz Albaniyası, Girdiman vilayəti, qala istehkamları, Orta əsr sənətkarlığı, dini xatirə kompleksləri mövzularında müzakirələr aparılacaq.

 

Mədəniyyət.- 2020.- 20 avqust.- S.4.