Bölgələrdəki mədəniyyət
müəssisələri onlayn tədbirləri
davam etdirir
Sumqayıt Regional Mədəniyyət İdarəsi Qubadlı
rayon Mahmudlu kənd Fəxrəddin Hüseynov
adına Musiqi məktəbinin 2-ci sinif şagirdi Aynaxanım Ağazadə və 1-ci sinif şagirdi Aylin Talıbova Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, məşhur pianoçu həmvətənimiz,
Əməkdar artist Adilə
Əliyevanın adına
Pianoçuların XV beynəlxalq
müsabiqəsində qalib
olublar. Anaxanım II, Aylin isə III yelə layiq görülüb. Ənənəvi
müsabiqə koronavirus
infeksiyası ilə əlaqədar bu il onlayn
şəkildə keçirilib.
***
Biləsuvar Regional Mədəniyyət İdarəsinin
təşəbbüsü ilə keçirilən “Rayonumuz haqqında 100 maraqlı fakt” adlı virtual müsabiqə
keçirilib. Müsabiqənin məqsədi regional idarənin əhatə etdiyi rayonların mədəni irsini, tarixini, ədəbiyyatını,
şəxsiyyətlərini geniş ictimaiyyətə
tanıtmaq və xüsusi karantin günlərində insanların
yaradıcılıq potensialına
stimul verməkdir.
Münsiflər heyətinə videoçarx
formatında hazırlanmış
60-a yaxın material təqdim
edilib. Neftçala şəhər sakini
Arzu Nağıyevanın
hazırladığı “Kürdili
adası” adlı videomaterial birinci yerə layiq görülüb və müəllif fəxri fərmanla təltif olunub.
***
Masallı Regional Mədəniyyət İdarəsi Masallı
rayon Nizami Gəncəvi
adına Mədəniyyət Mərkəzinin
incəsənət kollektivi
növbəti virtual musiqi
proqramı ilə çıxış edib.
Mərkəzin salonunda keçirilmiş
musiqi tədbiri sosial şəbəkələr
vasitəsilə izləyicilərə
təqdim edilib. Solistlərdən Ruslan Zahidov
və Roza İstək tanınmış
Azərbaycan bəstəkarlarının
sevilən mahnılarını
səsləndirərək sənətsevərlərə
xoş anlar bəxş ediblər.
***
Ağdaş Regional Mədəniyyət İdarəsinin
tabeliyində fəaliyyət
göstərən Zərdab
rayon Heydər Əliyev
Mərkəzinin təşkilatçılığı
ilə Astara rayon Heydər Əliyev Mərkəzinə virtual ekskursiya
keçirilib. Zərdab və Astara
rayonlarındakı Heydər
Əliyev mərkəzlərinin
direktorları Könül
Rəhimova və Kübra Səmədova fəaliyyətləri barədə
ətraflı məlumat
veriblər.
Xaçmaz rayon Heydər Əliyev
Mərkəzinin direktoru
Könül Əsgərova
virtual ekskursiyaya qatılaraq
layihənin əhəmiyyətini
qeyd edib. Virtual ekskursiyaların davam etdirilməsi nəzərdə tutulur.
***
Sabirabad Regional Mədəniyyət İdarəsinin
rəisi Əhməd Ramazanovun rəhbərliyi ilə keçirilən növbəti videokonfransda
tabe müəssisələrin
hazırladığı videoçarxlar
və onlayn tədbirlər barədə
müzakirələr aparılıb,
virtual məkanda aktivliyin
artırılması, müasir
texniki imkanlardan daha geniş istifadə olunması barədə müvafiq tapşırıqlar verilib.
***
Ağcabədi Regional Mədəniyyət İdarəsi
Ağcabədi rayon Heydər
Əliyev Mərkəzinin
könüllüləri ilə
hazırlığın növbəti
mərhələsi keçirilib. Mərkəzin ekspozisiya zalında könüllülərin eksponatlar
əsasında hazırlığı
yoxlanılaraq lazımi
tövsiyələr verilib.
Könüllülər ümummilli liderin
həyat və fəaliyyəti ilə bağlı eksponatların
nümayiş etdirildiyi
lövhələr əsasında
danışıblar.
***
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə
şəhər Mərkəzləşdirilmiş
Kitabxana Sistemi (MKS) 16 nömrəli kitabxana filialının “Loqos” psixoloji və nitq inkişafı mərkəzinin psixoloqu Taciyə Mehdisoyla “Uşaq evin güzgüsüdür” mövzusunda
onlayn görüş
keçirib. Görüşdə qeyd olunub ki, ailədə uşağın tərbiyəsi,
onun sosial-əxlaqi dəyərlərə malik
olması, bir şəxsiyyət kimi formalaşması daha çox valideynlərdən
asılıdır.
***
Bərdə Regional Mədəniyyət İdarəsi
Yevlax şəhər
Mərkəzi kitabxanası
filialları ilə videokonfrans keçirib. 2020-ci ilin
ölkəmizdə “Könüllülər
ili” elan olunması ilə bağlı onlayn tədbirlərin davamlı
olaraq keçirilməsi,
əfsanəvi partizan
Əhmədiyyə Cəbrayılovun
100 illiyi münasibətilə
onlayn tədbirlərin
və videoçarxların
hazırlanması ilə
bağlı tapşırıqlar
verilib.
Yevlax şəhər
MKS-nin 4 nömrəli
şəhər kitabxana
filialı oxucularına
evdə səyyar kitabxana xidməti göstərib.
Bərdə Regional Mədəniyyət İdarəsinin
rəis müavini Validə Nabatovanın iştirakı ilə videokonfrans keçirilib. Virtual sərgilərin təşkili,
hərbi-vətənpərvərliklə bağlı onlayn tədbirlərin və videoçarxların hazırlanmasının
əhəmiyyəti vurğunlanıb.
***
İsmayıllı Regional Mədəniyyət İdarəsinin
əhatə etdiyi rayonlarda fəaliyyət göstərən xalq teatrlarına yeni istedadların cəlb edilməsi məqsədilə
gənclərin yaradıcılığına
baxış keçirilir. Tanınmış aktyor, Xalq artisti
İlham Namiq Kamalın rəhbərliyi
ilə avqustun 18-dən
çıxışlara start verilib. Heydər Əliyev adına
Mədəniyyət Mərkəzində
keçirilən çıxışlarda
gənc istedadlar müəyyən olunur, onlar xalq teatrına
dəvət edilirlər.
Regional idarənin mətbuat
katibi Aysu Nəcəfli bildirib ki, xalq teatrları
insanların asudə vaxtlarının mənalı
təşkilində əhəmiyyətli
rol oynayır. Bu baxımdan karantin rejimi şəraitində onların fəaliyyətinin
canlandırılması diqqət
mərkəzindədir.
Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova və mərkəzin əməkdaşları rayonun
Çuxuryurd kənd sakini Mariya Nikolayevna
Kojevnikovanın qonağı
olub. M.Kojevnikova 1971–1987-ci illərdə kənddə kolxoz sədri vəzifəsində
çalışıb, dəfələrlə
ulu öndər Heydər Əliyevlə görüşüb. Prezident Heydər
Əliyevin sərəncamı
ilə “Şöhrət”
ordeninə layiq görülüb. Mərkəzin əməkdaşları həmin
anları xatırladan
fotolara baxıblar.
***
Şəki Regional Mədəniyyət İdarəsi
Oğuz rayon MKS-nin Şirvanlı kənd kitabxanasının müdiri
Taliyə Xəlilovanın
təşəbbüsü ilə Sərhəd Qoşunları Gününə
(18 avqust) həsr edilmiş “Əsgərə
məktub” başlıqlı
inşa yazı müsabiqəsi təşkil
olunub. Kitabxananın fəal oxucuları Samirə Hacıyeva, Günay Eyyubova, Çinarə Hacıyeva,
Kəmalə Rəhimli,
Səmra Ağabəyova,
Nuranə Kərimova və başqaları müsabiqəyə qoşularaq
sərhəddə keşik
çəkən əsgərlərimizə
ürək sözlərini
yazıblar.
Oğuz rayon MKS-nin Baş Daşağıl
kənd kitabxana filialında isə Sərhəd Qoşunları
Günü ilə bağlı “Şəhidlər
ölməz, Vətən
bölünməz” adlı
sərgi təşkil
olunub. Azərbaycanda Sərhəd Qoşunlarının
tarixi haqqında məlumat verilib.
Şəki MKS-nin təşkilatçılığı
ilə Mərkəzi kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin 95 illik yubileyi ilə bağlı tədbirlər
planı müzakirə
olunub. MKS-nin
direktoru Seyid Vahabov B.Vahabzadənin həyat və yaradıcılığından bəhs edib, yubiley münasibətilə
Mərkəzi kitabxanada
və kitabxana filiallarında keçiriləcək
tədbirlər haqqında
danışıb.
Balakən rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Samux, Neftçala, Oğuz, Zərdab, Masallı, Xızı rayon Heydər Əliyev mərkəzlərinin direktorları, Şəki və Zaqatala Heydər Əliyev mərkəzlərinin əməkdaşları və Balakəndən fəal gənclərin iştirakı ilə Beynəlxalq Gənclər Gününə (12 avqust) həsr olunan “Gənclər bizim sabahımızdır” mövzusunda videokonfrans keçirilib.
Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Bəxtiyar Vahabzadənin 95 illiyi münasibətilə “Yaradıbdır inam məni, mən inamın övladıyam” mövzusunda videokonfrans təşkil edilib. Tədbir zamanı şairin şeirləri səsləndirilib, müəllifin öz səsi ilə videoyazısı təqdim olunub.
***
Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Heydər Əliyev Mərkəzi və YAP Qazax rayon Qadınlar şurasının sədri Yeganə Göyüşovanın birgə təşkilatçılığı ilə “Vətən sərhəddən başlanır” başlıqlı onlayn tədbir keçirilib. Sərhəd Qoşunları Gününə həsr edilən tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Tovuz rayon MKS və Tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə “Poeziyamızın Bəxtiyarı” mövzusunda onlayn tədbir keçirilib. Tədbirin sonunda “Bəxtiyar Vahabzadə - 95” başlığında onlayn sərgi nümayiş etdirilib.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2020.- 20
avqust.- S.4.