“Sənətə vurğunluğum, yolumu davam etdirən övladlarım, ailəm mənə yaradıcılıq eşqi verir

 

“Dünyasını dəyişənə qədər rəssamın fırçası əlində olmalıdır” deyir 93 yaşlı həmsöhbətim. Özünü şanslı sənətkar hesab etsə də, qazandığı nailiyyətləri həm də sənətdə prinsipiallığı ilə əlaqələndirir. Azərbaycanın Əməkdar rəssamı, 1995-ci ildən Türkiyədə yaşayıb-yaradan, Kayseri şəhərindəki Ərciyəs Universitetinin müəllimi olan Rəhim Məmmədovun özünəməxsus üslublu, fəlsəfi anlamlı əsərləri düşündürücü və maarifləndiricidir.

 

 

 

– Ənənəvi sualdan başlayaq. Necə oldu ki, bu peşəni seçdiniz? Ailədə, yaxınlarınız arasında rəssam olubmu?

 

– Ailəmizdə mənə qədər rəssam olmayıb. Amma anam toxuma işini bacarar çox sevərdi. Bəlkə anamın toxuyarkən atdığı rəngli ilmələr məni rəssamlığa yönləndirib. Sənətə gedən yolum öncə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbindən başlayıb. Daha sonra təhsilimi Moskva Sankt-Peterburqda Rəssamlıq akademiyalarında davam etdirmişəm. Monumental rəssamlıq ixtisası üzrə məzun oldum. 1958-ci ildə Bakıya qayıtdım Azərbaycan Rəssamlar İttifaqına üzv oldum. Sonra məni Sumqayıt şəhərinə baş rəssam təyin etdilər. 1961-ci ildə Azərbaycanın tanınmış rəssamı Mikayıl Abdullayevlə görüşdük,  mənə dedi ki, sənin yerin İncəsənət İnstitutudur (indiki Mədəniyyət İncəsənət  Universiteti – red.). Orada işə başladım, bu ali təhsil ocağında kafedra müdiri işlədim, dosent oldum.

 

 

 

Yaradıcılığınızda hansı janra üstünlük verirsiniz?

 

Divar rəsmləri, qrafika, rəngkarlığın müxtəlif janrlarında çəkmişəm. Sankt-Peterburq Rəssamlıq Akademiyasında divar rəsmi ixtisası vardı. Mən o ixtisası seçdim sonra da daha çox bu sahəyə bağlandım. Bakıda Musiqili Komediya Teatrı üçün mozaika texnikası ilə çəkdiyim diplom işimə görə Beynəlxalq universitet tələbələrinin sərgisində xüsusi qabiliyyət mükafatına layiq görüldüm.

 

Bakıya döndükdən sonra ilk mozaik divar rəsmimCeyrankafesinin girişi üzərində yer aldı. Sonradan o kafeni sökdülər. Rəqqas qız”, “Əlində dəf tutan gənc qızadlı mozaika işlərim Moskvada sərgiləndi. Rəssam Tofiq Ağababayev ilə birlikdə Azərbaycan Dövlət Sirkinin böyük divarı üçünAzərbaycan sirkimozaik lövhəsini yaratdıq. Sözügedən əsərdə xalı-kilim rəsmlərindən ilham alıb onları stilizə etdim. Bu əsər Azərbaycan SSR Nazirlər Şurası tərəfindən ilin Milli rəsm sərgi-müsabiqəsi çərçivəsində xüsusi mükafata layiq görüldü. Sovet İttifaqı İranın ortaq layihəsi olanArazsu bəndində yer alan, mozaik metal qarışığı texnikası ilə hazırlanan əsərim digərlərindən fərqlidir.  BakıdaNeftçifutbol komandasının  bazasında lövhə üzərinə mozaika çəkmişdim. Onu da deyim ki, divar rəsmi böyük həcmli olduğu üçün kollektiv əmək tələb edir. Mən əsasən rəssam Tofiq Ağababayevlə işləmişəm.

 

 

 

Şuşa ilə bağlı rəsmlər çəkmisiniz

 

Şuşanın yaradıcılığımda xüsusi yeri var. Bacım 1960-cı illərdə Şuşada həkim işləyirdi. Ona baş çəkməyə gedərdim, Şuşanın mənzərələri məni valeh edirdi. Çoxlu etüdlərim olub Şuşadan. Hazırda o işlərdən əlimdə iki rəsm qalıb: “Cıdır düzü digər bir mənzərə rəsmi.

 

 

 

Hər bir yaradıcı insan kimi, rəssamı da ilhamlandıran səbəb olur nəticədə bir əsər doğulur. Bu mənada  Sizə ən çox ilham verən, təsir edən nədir?

 

Tamamilə doğrudur. Yazmaq üçün , çəkmək üçün bir səbəb, ilham mənbəyi olmalıdır. Rəssam var özünü portretlə, rəssam var mənzərə ilə, təbiətlə, siyasi ya sosial mövzulu əsərlərlə ifadə edir. Bu həm rəssamın ovqatı, hadisələrə baxışı dünyagörüşündən asılıdır. Bir hadisəyə hər rəssam öz prizmasından fərqli baxıb, fərqli görüb, fərqli ifadə edə bilir. Elə fakt ola bilər ki, o illərlə rəssamın dünyasında qalar sonra yaradıcılığa çevrilər.  Məsələn, mən anamın rəsmini çəkərkən uşaq vaxtından onda müşahidə etdiklərimi çəkdim: o sevdiyi bir işi gördüyü üçün toxuyanda çox xoşbəxt görünərdi, bununla yanaşı məmnuniyyətinə düşüncəli bir ana qayğısı da qatılar qarşımda məni heyran edən bir mənzərə açılardı. Mən bunu ifadə etməyə çalışdım. Rəssamı hansı fakt təsirləndirirsə, onu çəkmək istəyir.

 

Bir fakt da deyim. Biz sənətinə insanlığına böyük dəyər verdiyim rəssam Səttar Bəhlulzadənin emalatxanasına yaxın yerdə yaşayırdıq. Onun danışarkən emosional olmasını hər zaman diqqətlə müşahidə edirdim. bir gün onun bu məqamını eskizə köçürdüm, sonra yağlı boya ilə işlədim, rəsmi görəndə çox bəyənmişdi. Yəni bir rəssam kimi məni bəzən çoxlarının əhəmiyyət vermədiyi hadisələr təsirləndirir. Hətta ailə, məişət mövzusu belə mənim predmetim ola bilir.

 

 

 

Kayseridə həm müəllim, həm rəssam kimi fəaliyyətinizi davam etdirirsiniz.  Bu yaşda Sizin üçün çətin deyilmi?

 

Mənim Kayseriyə gəlmə səbəbim rəssam Qorxmaz Sücəddinovla bağlıdır. O, məndən öncə Ərciyəs Universitetində çalışırdı. Qorxmaz müəllim yaradıcılığımla bağlı dekanla danışdı, dekan da məktub yazaraq məni dəvət etdi. Universitetə gələndən sonra türk rəssam Oğuz Gülərlə birlikdə burda rəssamlıq bölməsini qurduq. Rəssamlıq qədər müəllimliyi sevdim. Çəkməklə yanaşı, çəkməyi öyrətməyin başqa bir zövqü var mənim üçün. Müəllimlik həyatımın bir hissəsinə çevrilib.  Türkiyədə tez-tez sərgilərimiz olur. Son dəfə İzmirdə oldu. Kayseridə Gövhər Nəsibə adına xəstəxananın girişində muzeyində rəsm əsərləri işlədim. Portretlərin çəkilməsi ilə bağlı sifarişlərim olur.

 

Hər tətil vaxtı Azərbaycana gedib rəssam dostlarımla görüşürdüm. Türkiyədə qəribçilik çəkməmişəm. Mənə öz vətənim kimidir, dilimiz, dinimiz, adət-ənənələrimiz eynidir. Türkiyədə çox sayda azərbaycanlı rəssam yaşayır. Qardaş ölkədə bizə, sənətimizə böyük dəyər verirlər. Ötən il çalışdığım Ərciyəs Universitetinin dosenti, tanınmış Azərbaycan musiqişünas-alimi Müzəffər Əsgərov rəhmətə getdi, ali təhsil ocağının rəhbərliyi onun adını universitetin böyük bir İncəsənət salonuna verdi. Müzəffər müəllimin İncəsənət fakültəsinin qurulmasında fəaliyyətində böyük zəhməti olmuşdu. Təbii ki, qardaş ölkədə ziyalılarımıza həm sağlığında, həm vəfatından sonra verilən dəyər bizi sevindirir.

 

Yaşa gəlincə, 7 ildən sonra 100 yaşım olacaq (gülür həyat yoldaşı Süphiyyə xanıma baxaraq deyir) Mənə həyat verən sənətimə heyranlığımla yanaşı, Süphiyyə xanımın qayğıkeşliyidir.

 

 

 

– Allah ayırmasın. Ailədə davamçılarınız varmı?

 

Mən özümü həm şanslı ailə başçısı sayıram. Oğlum da, qızım da rəssamlıq yolunu seçdi. Oğlum Ərciyəs Universitetində çalışır, emalatxanası var. Süphiyyə xanımın da yaradıcılığa, sənətə həmişə marağı olub. Amma o, valideynlərinin arzusunu yerinə yetirib bu peşənin ardınca getməyib. Buna baxmayaraq o da bizimlə bərabər çəkir, gözəl rəsmləri var. Taxta üzərində sənətkarlıq, toxumaq da onun marağındadır. Baxın, bu kiçik sandıq da, bu hörmə onun əl işləridir. Onun dayısı Əmir Hacıyev dayısı oğlu Altay Hacıyev böyük rəssam olublar. Altayla bir yerdə təhsil almışıq, ortaq divar rəsmləri çəkmişik. Bu yaşda da sənətimə vurğunluğum, sənətdə yolumu davam etdirən övladlarım qayğıkeş ömür-gün yoldaşım mənə yaradıcılıq eşqi verir.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2020.- 20 avqust.- S.6.