Ukraynada milli rəqslərimiz
təqdim olunub
Dnepr şəhərinin mərkəzi meydanında
Ukraynanın Müstəqillik
Günü ilə bağlı tədbir keçirilib. Ukraynada yaşayan digər
millətlərin iştirakı
ilə keçirilən
tədbirdə soydaşlarımız
da iştirak edib.
Ukrayna Azərbaycanlıları
Birləşmiş Diasporunun
sədri Hikmət Cavadov bayram konsertindən öncə çıxış edərək
iki ölkə arasında tarixi dostluq münasibətlərindən
danışıb. Bildirib ki,
Azərbaycan və Ukrayna hər zaman bir-birinin yanında olub, xalqlar arasında mehriban münasibətlər
mövcuddur. Bu gün də bu ənənə uğurla davam etdirilir.
Sonra bayram konsertində “Qafqaz” xalq ansamblının
iştirakı ilə
“Yallı”, “Nəlbəki”,
“Naz eləmə”, “Ağ çiçək”,
“Sarı gəlin” və digər rəqslər ifa edilib. Bundan başqa, Dneprdə
fəaliyyət göstərən
“Leyla” uşaq ansamblının da rəqs nömrələri
iştirakçıların alqışına səbəb
olub.
Tədbir çərçivəsində Azərbaycanın milli dəyərlərini təbliğ
edən sərgi də təşkil edilib.
Mədəniyyət.- 2020.- 26 avqust.- S.2.