“Daxildəki
ada” filmi Sarayevo festivalında qalib olub
Gənc
rejissor Rüfət Həsənovun “Daxildəki
ada” bədii filmi Sarayevo Film Festivalında ölkəmizi
uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.
Ekran əsəri Mədəniyyət
Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası,
“Arizona Production”, “Coyote Cinema”, “Mandarin Agency” və
“Debüt” studiyasının
birgə istehsalı olaraq ərsəyə gəlib.
Qeyd edək
ki, “Daxildəki ada” Sarayevo Film Festivalının müsabiqə
proqramında iştirak
edən ilk Azərbaycan
bədii filmidir. Filmin post-prodakşn
dəstəyi CNC - Fransa
Dövlət Kino və
Animasiya Mərkəzi
və Bakı Media Mərkəzinə, media dəstəyi
İctimai Televiziyaya aiddir.
Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov,
quruluşçu operatoru
Orxan Abbasov, quruluşçu rəssamı
Elturan Məmmədov,
bəstəkarları Katya
Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri
Nadir Əliyevdir. Əsas rolları
Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.
Sarayevo Film Festivalı
Avropanın nüfuzlu
kino forumlarından biridir. 2019-cu ildə azərbaycanlı rejissor Hilal Baydarovun “Xurmalar yetişən vaxt” adlı sənədli filmi Sarayevo festivalında mükafata layiq görülmüşdü.
Mədəniyyət.- 2020.- 26 avqust.- S.8.