“Şəhidlərimizi tanıyaq və
tanıdaq”
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Şəhidlərimizi tanıyaq və tanıdaq” layihəsinə başlayıb.
Baş idarədən bildirilib ki, layihənin məqsədi Vətən torpağı uğrunda canını fəda etmiş şəhidləri daha geniş auditoriyaya tanıtmaqdan ibarətdir.
Layihənin ilk təqdimatı Xətai rayon MKS-nin əməkdaşı Sevinc Kazımovanın qardaşı şəhid Mehman Salman oğlu Quliyevə həsr edilib.
Mehman Quliyev
Ağdamın Keştazlı kəndində anadan
olub. Şelli, Mərzili,
Gülablı, Abdal, Novruzlu
döyüşlərində igidliklə vuruşub.
1993-cü il avqustun
15-də Ağdamın Qaradağlı kəndi uğrunda
gedən qanlı döyüşdə qəhrəmanlıqla
şəhid olub. Bərdə rayonu Koroğlu kəndində
dəfn edilib.
Mədəniyyət.- 2020.- 28
avqust.- S.4.