Bölgələrin mədəniyyət gündəliyi

 

QazaxXaçmaz rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın doğum günü münasibətilə “Zəriflik və xeyirxahlıq mücəssəməsi” mövzusunda videokonfrans təşkil edilib. Çıxış edənlər Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan, zəngin mədəni mirasımızın qorunması və təbliğinə verdiyi töhfələrdən söz açıblar.

 

Qazax Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 26 avqust – Beynəlxalq Azərbaycan Muğamı Günü münasibətilə virtual görüş keçirilib. Qalereyanın direktoru Münəvvər Xəlilova əlamətdar günün tarixindən söz açıb, xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini, müstəqillik illərində Azərbaycan muğamının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

 

Virtual görüşə qatılan Şuşa Dövlət Rəsm Qalereyasının direktoru Rövşən Bayramov Azərbaycan muğamının müasir dövrdə inkişafı və təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərinin olduğunu qeyd edib.

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilati dəstəyi, Ağstafa rayon Həsənsu kənd Folklor klubunun təşəbbüsü ilə gənc yazarlarla mədəniyyət işçilərinin onlayn görüşü keçirilib. Görüşdə çağdaş ədəbiyyatda vətənpərvərlik mövzusunda müzakirələr aparılıb, müəlliflər öz şeirlərini səsləndiriblər.

 

Tovuz rayon MKS-nin təşkilatçılığı ilə Xalq şairi Fikrət Qocanın 85 illiyinə həsr olunmuş “Nəğməkar şairmövzusunda onlayn tədbir keçirilib. MKS-nin direktoru Güldərən İbrahimova bildirib ki, Fikrət Qoca poeziyasının əsas qayəsini yurdsevərlik təşkil edir. Sonda şairin yubileyi ilə bağlı kitab sərgisi nümayiş olunub.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı rayon MKS-nin Məlcək kənd kitabxana filialında Xalq şairi Fikrət Qocanın 85 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirdə şairin həyat və yaradıcılığından bəhs edilib, şeirlərinə bəstələnmiş mahnılardan söz açılıb.

 

Xalq şairinin yubileyi ilə bağlı daha bir onlayn tədbir Ağsu rayon Mədəniyyət Mərkəzində gerçəkləşib. Gecədə şairin poeziyasından nümunələr səsləndirilib, şeirlərinə bəstələnmiş musiqilər ifa edilib. Sonda Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış şairin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

 

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Gender bərabərliyi ictimai-fəlsəfi problemdirmövzusunda videokonfrans keçirilib. Mərkəzin direktoru Mayıl Fərəcov, muzeyin direktoru Asiman Məsumov və başqalarının çıxışları dinlənilib.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Mərkəzin direktoru Adil Quliyev əlamətdar günün tarixi haqqında söz açıb. Azərbaycan muğamının yaşadılmasında və dünyada təbliğində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzsiz rolu olduğu vurğulanıb.

 

***

 

Xaçmaz Regional Mədəniyyət İdarəsinin geniş tərkibdə videokonfransı keçirilib. İdarə rəisi Nazim Ağayev müəssisələrdə fəaliyyətin günün tələbləri səviyyəsində qurulması, regionun özünəməxsus mədəniyyət istiqamətinin müəyyənləşdirilməsi, yaradıcı sənayenin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Videokonfransda elektron xidmətlərin keyfiyyətinin artırılması və genişləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin regional idarənin əhatə etdiyi rayonlarda dekorativ-tətbiqi sənətin və sənətkarlığın müxtəlif növlərinin (dulusçuluq, misgərlik və s.) inkişafı, qədim adət-ənənələrin yaşadılması, xalq kollektivlərinin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.

 

***

 

Şəki şəhər Heydər Əliyev Mərkəzində Şəki, Şabran və Siyəzən Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə videokonfrans keçirilib.

 

Şəki şəhər Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov tədbiri açaraq BMT-nin qərarına əsasən, 1981-ci ildən 21 sentyabr tarixinin bütün dünyada “Beynəlxalq Sülh Günükimi qeyd olunduğunu deyib. Bildirib ki, bu əlamətdar gün ərəfəsində hər il avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə “Sülh aylığı” keçirilir.

 

Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində Xalq teatrının rəssamı, aktrisa Jalə Abdullayevanın iştirakı ilə “Mən həyatın özüyəm” adlı onlayn bədii qiraət axşamı təşkil olunub. Tədbir “Facebook” şəbəkəsi üzərindən canlı olaraq yayımlanıb və izləyicilər tərəfindən maraqla qarşılanıb.

 

Qax rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən qadın hüquqları və gender bərabərliyinə həsr olunmuş videokonfransda mərkəzin fond mühafizi Arzu Dunusova, Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova və Qax 2 saylı şəhər kitabxanasının müdiri Leyla Yusifli mövzu ətrafında çıxış ediblər.

 

Balakən rayon Qullar kənd Sənətkarlıq evinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda videokonfrans keçirilib. Sənətkarlıq evinin müdiri Ülviyyə Piriyeva narkomaniyanın bütün bəşəriyyətin problemi olduğunu vurğulayıb. Çıxış edən könüllülər narkomaniyanın ağır fəsadları və bu zərərli vərdişə qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

 

Balakən rayon Şərif kənd Sənətkarlıq klubunda onlayn konsert təşkil olunub. “Facebooksosial şəbəkəsi üzərindən canlı yayımlanan konsertdə Vaqif Dibirov və Səadət Qazaxovanın ifasında sevilən mahnılar səslənib.

 

Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialında 26 avqust – Beynəlxalq Azərbaycan Muğamı Günü münasibətilə sərgi təşkil olunub. Rayonun Yaqublu kənd kitabxanası isə “Açıq kitabxana günükeçirib. Avqust ayında doğulmuş B.Vahabzadə, F.Qocabaşqa şair-yazıçıların, həmçinin xarici müəlliflərin kitabları oxuculara təqdim olunub.

 

***

 

Saatlı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Şəki, Şamaxı və Astara Dövlət Rəsm qalereyalarının iştirakı ilə “Pandemiya dövründə qalereyalarda vətənpərvərlik hissinin təbliği” mövzusunda videokonfrans keçirilib.

 

***

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Qəni Vəliyev adına Lənkəran Mədəniyyət Mərkəzinin Şağlaser kənd Sənətkarlıq evində görkəmli səhnə xadimi, Əməkdar artist, Dövlət mükafatı laureatı Vəfa Fətullayevanın (1945-1987) 75 illik yubileyinə həsr olunmuşÖmür vəfa etsəydi...” mövzusunda fotosərginin təqdimatı olub.

 

Karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirdə mədəniyyət işçiləri Lətif Nəhmətov, Əli Əkbərov, İldırım Paşayev və Rəhim Hüseynov unudulmaz aktrisanın ömür və sənət yolundan danışıblar. Vurğulanıb ki, sənətkar yaratdığı xarakterik obrazlarla xatirələrdə yaşayır.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyev tabe mədəniyyət müəssisələrinin rəhbərləri ilə videokonfrans formatında görüş keçirib. İdarə rəisi 2020/2021-ci tədris ili ərəfəsində aidiyyəti tədris müəssisələrində hazırlıq işlərinin yekunlaşdırılması və ödənişli təhsilin təşkil edilməsi ilə bağlı tapşırıqlar verib.

 

Regional idarənin əhatə etdiyi Ağdam Rayon Döyüş Şöhrəti Muzeyirayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə cəsur azərbaycanlı əsgər Rahib Məmmədovun (1967-1987) anım gününə həsr olunmuş onlayn tədbir keçirilib. Bildirilib ki, adı bu muzeyə verilən 20 yaşlı R.Məmmədov hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük şücaət göstərərək təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli fərmanı ilə “Qırmızı Ulduzordeni ilə təltif edilib. Qəhrəman əsgərin xatirəsi Gürcüstanda da əbədiləşdirilib.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2020.- 28 avqust.- S.4.