Kiyevdəki Səməd Vurğun adına kitabxanaya ölkəmizlə bağlı nəşrlər hədiyyə edilib

 

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə çap olunan kitablar Kiyev şəhərindəki Səməd Vurğun adına kitabxanaya hədiyyə edilib.

 

Kitabxanaya Ukrayna dilində çap olunan 14 adda 500 nüsxəyədək kitab təqdim olunub. Onların arasında Azərbaycanın Ukraynadakı səfiri, Xalq yazıçısı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zamanüçcildliyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin tariximilli dəyərlərinə dair kitablar var.

 

Təqdimatdan öncə səfir Elmira Axundova və kitabxananın müdiri Qalina Çebotaryova görkəmli şairimiz Səməd Vurğunun abidəsi önünə çiçəklər düzərək, xatirəsini yad ediblər.

 

Tədbir zamanı Elmira Axundova bildirib ki, bundan öncə də səfirlik tərəfindən Ukraynada fəaliyyət göstərən kitabxanalara Azərbaycana dair kitablar hədiyyə olunubbu davam etdiriləcək. Məqsəd Azərbaycanın tarixi və mədəniyyətini, ölkəmizdəki reallıqları, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri Ukraynanın geniş oxucu kütləsinə çatdırmaqdır. Yaxın zamanlarda Xocalı soyqırımına dair kitabın və “Heydər Əliyev. Şəxsiyyət və zamanüçcildliyinin Ukrayna dilinə tərcüməsi başa çatdırılacaq.

 

Kitabxananın 1978-ci ildən Azərbaycanın Xalq şairi Səməd Vurğunun adını daşıdığını deyən Qalina Çebotaryova bildirib ki, bura həmişə Ukrayna və Azərbaycan mədəniyyətlərini birləşdirən bir məkan olub. Burada tez-tez Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı əlamətdar hadisələrə həsr edilmiş tədbirlər və görüşlər keçirilir. Azərbaycanın Ukraynadakı səfirliyi ilə kitabxana arasında sıx dostluq münasibətləri mövcuddur.

 

Səfir Elmira Axundova kitabxananın fəaliyyəti ilə tanış olub. Bildirilib ki, kitabxanada Azərbaycanın tanınmış yazıçı, şair, dramaturqlarının kitabları saxlanılır. Kitabxananın tərtibatında Azərbaycan və Ukraynanın tarixi, ədəbiyyatı və milli musiqisini özündə təcəssüm etdirən şəkillər təbliğ olunur.

 

Daha sonra çay süfrəsi arxasında Azərbaycanın Ukraynadakı səfirliyi ilə Səməd Vurğun adına kitabxana arasında gələcək əməkdaşlığa dair müzakirələr aparılıb. Görüşdə “Dmitrya Buraqo” nəşriyyatının direktoru da iştirak edib. Qeyd edək ki, bu nəşriyyat səfirliyin sifarişi ilə Ukrayna dilində onlarla kitab nəşr edib və hazırda bir neçə kitab çapa hazırlanır. Kitabxananın müdiri Qalina Çebotaryova və nəşriyyatın direktoru D.Buraqo dəfələrlə Bakıda səfərdə olublar. Bir neçə il öncə nəşr olunan kitablar M.F.Axundzadə adına Milli Kitabxanada təqdim olunaraq Azərbaycana hədiyyə edilib.

 

 

Mədəniyyət.- 2020.- 28 avqust.- S.3.