Görüş yeri yenə Bakı idibu dəfə onlayn formatda

 

Beynəlxalq qısa filmlər festivalının qalibləri elan olunub

 

11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalına yekun vurulub müxtəlif nominasiyalar üzrə qaliblər bəlli olub. Budəfəki festival pandemiya səbəbindən onlayn formatda reallaşıb.

 

10-15 dekabr tarixində keçirilən festivalın beynəlxalq müsabiqə üzrəQızıl narmükafatıƏn yaxşı bədii film” nominasiyasında makedoniyalı Georgi UnkovskininStiker”, “Ən yaxşı sənədli film” nominasiyasında portuqaliyalı İnes LuisinSiz evdə qalmalıydınız, səfehlərfilminə verilib. Ən yaxşı animasiya filminominasiyasındaQızıl nar”ı Bosniya Herseqovinanı təmsil edən Aleta RajiçinTəbii seçimfilmi qazanıb.

 

Beynəlxalq müsabiqə üzrə digər nominasiyaların qalibləri belə sıralanıb: “Ən yaxşı animasiya film rejissoru” – İva Tokmaçiyeva (Bolqarıstan, “Gəl, dünən görüşəkfilmi), “Ən yaxşı sənədli film rejissoru” – Manuel Marini (İtaliya, “Səmalar”), “Ən yaxşı bədii film rejissoru” – Daniela Abad Lombana (Kolumbiya, “Çarpayı”). Münsiflər heyətinin xüsusi mükafatınaUordun xına mərasimi” (Murad Mostafa), xüsusi diplomuna isəƏbədi gecə” (Pedro Peralti) filmi layiq görülüb.

 

Festivalın yerli müsabiqəsininQızıl narmükafatınaƏn yaxşı bədii film” üzrə Azər AllahverdiyevinÜç yol”,  Ən yaxşı sənədli film” üzrə Toğrul Musa Nurlan HəsənlininBir ata haqqında”, “Ən yaxşı animasiya filmiüzrə Fidan AxundovanınQuzğunfilmləri, “Ən yaxşı sosial çarxüzrə Nicat QədimlininTezliklə”si layiq görülüb.

 

Münsiflər heyətinin diplomlarıQuyu” (Elnur Paşa), “Sükut” (Ceyhun Türksoy), “Anamla dəqiqələr” (Sənan Səfərli), “Züleyxa ilə dialoqlar” (Rəşid Ağamalıyev) filmlərinə verilib.

 

Bakı küləyibədii filmi (Şirin Əhmədov) festivalın təşkilatçılarından olan “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin, “Döngəsənədli filmi (Vəfa Ağabalayeva) “AzərNyuMediaşirkətinin mükafatı, “Tıq-tıq dostları möcüzələr axtarışındaanimasiyası (Sultan Abbasbəyli) “ÖZ FİLM” şirkətinin xüsusi diplomu ilə təltif olunub.

 

Cinemobilmüsabiqəsinin qalibi isə Sənan SəfərovunBir zamanlar Dərnəgüldəfilmi seçilib.

 

Festivalın direktoru Fehruz Şamıyevin sözlərinə görə, onlayn film nümayişləri kinosevərlər tərəfindən maraqla qarşılanıb. Festivalın beynəlxalq, yerli Cinemobil  müsabiqələri üzrə yarışan ümumilikdə 85 film xüsusi platformada yayımlanıb.

 

Beynəlxalq münsiflər heyətinin sədrirejissor, prodüser Oleq Səfərəliyev ölkəmizdə festivalların xüsusilə pandemiya zamanı keçirilməsinin önəminə toxunub: “Kino sənayesi inkişaf etməlidir. Sənətkarlar filmlər çəkməlidir, yeni gənc rejissorlar öz bacarıqlarını üzə çıxarmalı öz işlərini ictimaiyyətə göstərməlidirlər”.

 

Münsiflər heyətinin üzvü rejissor Rüfət Əsədov müsabiqə filmlərini yüksək qiymətləndirib: “Fərqli mövzusu, yanaşması olan maraqlı filmlərlə qarşılaşdıq. Festival bu il 11-ci dəfədir keçirilir. Əgər 72 ölkədən 3086 film daxil olubsa, bu, artıq festivalın nüfuzudur. Sevinirəm ki, təşkilatçılar bu il festivalı reallaşdıra bildilər, ənənəni davam etdirdilər”.

 

Yerli müsabiqənin münsiflər heyətinin sədrisənətşünas, ssenarist Nadir Bədəlov festivalın nəsillərin dialoquna şərait yaratdığını deyib: “Mənim dünyaya baxışım bir başqadır, festivalda iştirak edən filmlərin müəlliflərinin baxışı tamamilə fərqlidir, bu baxımdan olduqca maraqlı bir dialoq alındı. Səmimi deyirəm, bu festival məndə yeni nəslə ümid yaratdı”.

 

Münsiflərdən rejissor-prodüser Teymur Hacıyev isə bildirib ki, qalibləri müəyyənləşdirən zaman əsas meyar filmin ideyası yanaşma tərzi olub: “Elə filmlər var idi ki, texniki digər qüsurları olsa da, içində yaradıcılıq qığılcımı parlayırdı. Ona görə biz qərara gəldik ki, peşəkar texnika, müəyyən istehsalat qiyməti olan filmləri deyil, əksinə, daha çox məntiq, duyum, yaradıcı fikir olan əsərləri seçək onları təşviq edək”.

 

Qeyd edək ki, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyi Gənclər İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

 

Bundan əlavə, Dövlət Film Fondu, C.Cabbarlı adınaAzərbaycanfilmKinostudiyası, Nizami Kino Mərkəzi, “02 Media”, Prodüserlər Gildiyası, “ÖZ FİLM” şirkəti festivala dəstək verir.

 

LALƏ

 

Mədəniyyət.- 2020.- 18 dekabr.- S.8.