“Əmir
Teymur fenomeni” kitabının onlayn təqdimatı
Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin (AMM) təşəbbüsü
ilə azərbaycanlı
politoloq Teymur Atayevin “Əmir Teymur fenomeni” kitabının onlayn təqdimatı keçirilib.
Təqdimatı AMM direktorunun müavini Polad Zeynalov açaraq Azərbaycanın
Vətən müharibəsi
haqqında məlumat verib, Silahlı Qüvvələrimizin qələbəsi
haqqında danışıb,
kitabın əhəmiyyətindən
bəhs edib.
Nizami Gəncəvi adına Daşkənd Dövlət
Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov bildirib ki, zaman-zaman Azərbaycanda Əmir Teymurun şəxsiyyəti,
sərkərdə kimi
fəaliyyəti haqqında
əsərlər yazılıb.
“Əmir Teymur
fenomeni” kitabı da onların arasında öz layiqli yerini tutub.
Tarixçi alim Şuxrat Barlas kitab haqqında
fikirlərini bölüşərək
deyib ki, böyük Azərbaycan şairi Hüseyn Cavidin “Topal Teymur” dramı Əmir Teymur haqqında yazılan ən qiymətli əsərlərdən biridir. Alim vurğulayıb
ki, indiyədək dünyada Əmir Teymur şəxsiyyəti haqqında 600-dən artıq
əsər yazılıb.
Onların arasında azərbaycanlı yazıçı
Yunus Oğuzun “Əmir Teymur dünyanın hakimi” və “Əmir Teymur zirvəyə doğru” kitabları da var.
AMEA-nın Fəlsəfə
və Sosiologiya İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Aydın Əlizadə Əmir Teymuru böyük strateq və sərkərdə kimi xarakterizə edib.
Professorlar Nigina Şermuxammedova,
Gülbaxor Aşurova,
Şoxistaxon Ulyajeva, dosent Gülnaz Səttarova, Ukraynadakı
“Hamı üçün
İslam” portalının
baş redaktoru Tatyana Yastremskaya və başqaları kitabın məziyyətləri haqqında
söhbət açıblar.
Məruzəçilər Azərbaycan xalqını
Vətən müharibəsində
qələbə çalması
münasibətilə təbrik
ediblər.
Kitaba ön
sözü tarixçi
alim, AMEA Tarix İnstitutunun fəxri doktoru
Şuxrat Barlas
yazıb. Nəşrin sponsoru Daşkənddə
yaşayan iş
adamı, soydaşımız Nazim Musayevdir.
Mədəniyyət.- 2020.- 18
dekabr.- S.4.