Musiqiyə həsr edilən alim ömrü

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Elmi-tədqiqat laboratoriyası  Azərbaycanın tanınmış musiqişünas alimi, Musiqi nəzəriyyəsi kafedrasının müəllimi, Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyevanın 85 illik yubileyinə həsr olunmuş onlayn elmi seminar-konfrans keçirib.

 

Konfransı BMA-nın elm yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə açaraq yubilyarın musiqi mədəniyyətimizin, elmi təhsilin inkişafında musiqişünas alim, ictimai xadim ən əsası, pedaqoq kimi rolunu vurğulayıb. Sonra İ.Əfəndiyevanın həyat fəaliyyətini əks etdirən videoslayd təqdim edilib. Slaydın musiqi tərtibatında Xalq artisti, tarzən Ramiz Quliyevin ifasında görkəmli bəstəkar Vasif AdıgözəlovunQərənfilromansı səslənib.

 

Elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə çıxış edərək İmruz Əfəndiyevanın alim, pedaqoq, vətəndaş gözəl insan kimi keyfiyyətlərindən söz açıb.

 

Musiqi nəzəriyyəsi kafedrasının müdiri, professor K.Nəsirova, Musiqi tarixi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ü.İmanova çıxış edərək İmruz xanımın musiqi elmi ilə ictimai pedaqoji fəaliyyətini vəhdət şəklində birləşdirməyə nail olması haqqında danışıblar.

 

Daha sonra laboratoriyanın böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru M.Rzayeva yubilyarın elmi-pedaqoji ictimai fəaliyyəti barədə elmi məruzə ilə çıxış edib, alimin musiqi nəzəriyyəsi onun aktual problemləri ilə bağlı araşdırmalarını diqqətə çatdırıb.

 

Əməkdar incəsənət xadimi, professor A.Əsədullayev,  sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.Hüseynova da yubilyarla bağlı ürək sözlərini bölüşüblər.

 

Elmi işçi N.Bayramovanın söylədiyi Tofiq Bayramın “Qadın ürəyi” şeiri ilə yekunlaşan konfransda  çıxışlar arası musiqi nömrələri də səsləndirilib.

 

Mədəniyyət.- 2020.- 18 dekbar.- S.4.