Azərbaycanlı rejissorun
Uğur böcəyi mükafat
qazanıb
ABŞ-ın Pensilvaniya ştatında yaşayan azərbaycanlı rejissor Elmar Bayramov növbəti dəfə mükafat qazanıb. Həmvətənimizin Uğur böcəyi (Ladybug) qısametrajlı filmi Florida ştatının Koko Biç (Cocoa Beach) şəhərində keçirilən 15 Minutes of Frame (15 dəqiqə kadr) festivalında Ən yaxşı sosial film nominasiyası üzrə qalib olub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Autizm sindromlu uşaqlara həsr edilən filmdə Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun ifasında Laçın mahnısı səsləndirilib.
Qeyd edək ki,
Azərbaycandan ABŞ-a köçən Elmar Bayramov Pensilvaniya ştatında rejissor
kimi çalışır. Onun Oops
qısametrajlı filmi bir
müddət əvvəl Urban Action Showcase
festivalında Döyüş
nominasiyası üzrə qalib olub.
Mədəniyyət.- 2020.- 18
dekbar.- S.1.