Bölgələrin mədəniyyət gündəliyi

 

Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanası “Müstəqil Azərbaycanın ilk Zəfər paradı” adlı videokonfrans keçirib. Çıxış edənlər bildiriblər ki, “Dəmir yumruq” əməliyyatı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən müharibəsi Ordumuzun böyük Qələbəsini bütün dünyaya nümayiş etdirdi.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş rayon Mədəniyyət Mərkəzinin rəssamı Məlahət İsmayıl Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igid oğulların portretlərini çəkir. Ağdaş rayonundan 29 şəhidin hər birinin portretini yaratmağı qarşıya məqsəd qoyan rəssam bu işi həm də bir vətəndaşlıq borcu sayır.

 

Şəhidlərin portretlərini ailələrinə hədiyyə edən rəssam bununla Vətən uğrunda qanından, canından  keçən igidlər böyütmüş valideynlərə, şəhidlərin yaxınlarına  azacıq da olsa, təskinlik vermək üçün bu addımı atdığını deyir. Məlahət İsmayıl digər bölgələrimizdən olan şəhidlərin də portretlərini hazırlayaraq onların ailələrinə təqdim edəcəyini bildirib.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimi, müğənni Namiq Aslanov Türkmənistan Mədəniyyət Nazirliyinin təşəkkürnaməsi ilə təltif olunub. Müğənni Türkmənistana BMT tərəfindən neytral  dövlət statusunun verilməsinin 25-ci ildönümü və 12 dekabr – Neytrallıq Günü münasibətilə gerçəkləşən onlayn konsertdə uğurlu çıxışına görə mükafatlandırılıb. Qeyd edək ki, TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən konsertdə ölkəmizi N.Aslanov təmsil edib.

 

Zaqatala rayon MKS Vətən müharibəsində Qələbəyə həsr olunmuşXilaskar Prezidentimiz, müzəffər Ordumuz” adlı videokonfrans təşkil edib.

 

Zaqatala rayon Heydər Əliyev Mərkəzi və Aşağı Tala kənd 5 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” mövzusunda açıq dərs keçirilib. Mərkəzin əməkdaşı Aynurə Tahirzadənin Qarabağın tarixi və Vətən müharibəsi ilə bağlı məruzəsi dinlənilib.

 

***

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda onlayn maarifləndirici tədbir keçirilib. Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə mövzu ilə bağlı məlumat verib.

 

Cəlilabad rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri Vətən müharibəsinin könüllü iştirakçıları, qazilər Namiq Ağayev, İsmayıl Hüseynovİbrahim Məmmədlini ziyarət ediblər.

 

Müharibənin başlandığı ilk günlərdən döyüşlərə qatılan Namiq Ağayev Şuşa şəhərinin düşməndən azad olunmasında fəal iştirak edib və başından yaralanıb. İsmayıl Hüseynov bir sıra rayonların azad edilməsi əməliyyatlarında şücaət göstərib. Döyüşlər zamanı göz nahiyəsindən ciddi yaralanıb. İbrahim Məmmədli isə Ağdam-Ağdərə istiqamətlərində döyüşlərdə iştirak edib, başından qəlpə yarası alıb.

 

Mədəniyyət işçiləri qazilərin sağlamlıq vəziyyəti və sosial qayğıları ilə maraqlanıb, torpaqlarımızın azadlığı uğrunda göstərdikləri igidliyə görə regionun mədəniyyət işçiləri adından onlara təşəkkür ediblər.

 

Qeyd edək ki, Namiq Ağayev Prezidentin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS “Zəfər yazan gənclərimiz” adlı videokonfrans keçirib. MKS-nin direktoru Solmaz Babanlı qeyd edib ki, konfransın keçirilməsində məqsəd gənclər arasında mütaliəni, yaradıcılığı, intellektual inkişafı stimullaşdırmaq və əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etməkdir.

 

Tovuz rayon MKS-nin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkilinə həsr olunmuş “Gənclərin həyatında mütaliənin rolumövzusunda onlayn tədbir keçirilib. Tədbirdə çıxış edən kitabxananın abonement bölməsinin müdiri Aynurə Yəhyayeva mütaliənin əhəmiyyətini vurğulayıb.

 

Ağstafa rayon Heydər Əliyev Mərkəzi, rayon MKS və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərin asudə vaxtının səmərəli təşkili” mövzusunda videokonfrans keçirilib. Bildirilib ki, ölkəmizdə gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir.

 

Ağstafa, Tovuz Tarix-Diyarşünaslıq muzeyləri, Ağstafadakı Hüseyn Arifin Ev-MuzeyiAğstafa rayon 1 saylı Folklor klubunun birgə təşkilatçılığı ilə “Azərbaycan dövləti gənclərin işıqlı gələcəyini təmin edir” başlıqlı videokonfrans keçirilib. Orta məktəb şagirdləri və tələbələrin də iştirak etdiyi tədbirdə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan bəhs edilib.

 

Gənclərin İnkişafKaryera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən “Xarı bülbülonlayn rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqədə ən çox bəyənmə toplayan Könül Xasməmmədova, Ema Carçılı və Eşqin Quliyev təltif olunub.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 2 saylı kitabxana filialı Vətən müharibəsi şəhidi Altun Nüsrət oğlu Məmmədovun ailə üzvləri ilə onlayn görüş keçirib.

 

Ailə üzvləri Altun haqqında xatirələrini bölüşüblər. Şəhidin komandiri, baş leytenant, qazi Pərvin Abdullayev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbədən, Altun kimi oğulların döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan söhbət açıb.

 

Gəncə şəhər Heydər Əliyev Mərkəzi MKS-nin 16 nömrəli kitabxana filialı ilə birlikdə “Şanlı Qələbənin tarix yazan övladları” adlı onlayn tədbir keçirib. MKS-nin 4 saylı filialı isə “Adını tarixə yazan şanlı Ordumuz” başlığı altında onlayn söhbət keçirib.

 

Goranboy rayon Mərkəzi kitabxanası yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirib. Çıxışlarda ədibin həyat və yaradıcılığı haqqında məlumat verilib.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2020.- 23 dekbar.- S.3.