Kolmarda azərbaycanlı bəstəkar-müğənninin virtual konserti
Fransanın Kolmar şəhərində azərbaycanlı
bəstəkar-müğənni İlahə Ahuinin virtual konserti olub. Onlayn təqdimat
Kristel Kern və Paskal Vel tərəfindən
“Bizi qoruyan və bizə yardım edənlərlə
həmrəylik” adlı
qrup çərçivəsində
təşkil olunub.
Bəstəkar-müğənni virtual konsertdə “Ay Laçın”
Azərbaycan xalq mahnısı, özünün
bəstələri olan
“Tanqo”, “Şəfəq”
mahnıları ilə
bərabər fransız
mahnılarını da
səsləndirib.
Qeyd edək ki,
Kolmar Konservatoriyasının dirijorluq və vokal sinfini bitirən İ.Ahui burada iki xor
qrupuna və bir orkestrə
rəhbərlik edir. Sənətçi
Şəki ilə qardaşlaşmış Kolmar
şəhərinə gəldiyi vaxtdan Azərbaycan
musiqilərini də ifa etməklə yerli ictimaiyyətə tanıdır.
Mədəniyyət.- 2020.- 23
dekbar.- S.8.