Müharibənin sonuncu günü...

 

Ağstafa rayonunun Qırılı kəndində 1994-cü il aprelin 14-də dünyaya göz açan Əliheydər Hüseynli orta məktəbi bitirdikdən sonra yüksək balla Azərbaycan Texniki Universitetinə daxil olub. Daha sonra o, “Azərişıq”da çalışıb...

 

Vətən müharibəsində döyüş yolu Cəbrayıl, Füzuli və Qubadlıdan keçib. Şuşanın azad edilməsində iştirak edib. “Onun döyüşdə iştirakını bilmirdim. Qızlarım indi deyir ki, vəziyyəti onlara söyləyirmiş, anamdan muğayat olun deyirmiş. Sonuncu dəfə mənimlə gülə-gülə danışdı”, - şəhid anası Zabilə Musayeva deyir.

 

Noyabrın 9-da müharibənin dayanmasına saatlar qalmış, sonuncu döyüş zamanı düşmən mərmisinə tuş gəlir və ağır yaralanır. Çoxlu qan itirən Əliheydər şəhidlik zirvəsinə yüksəlir.

 

Dayısı Nəriman Musayev deyir ki, onunla bacıoğlu, dayı münasibətindən daha çox bir dost, sirdaş olublar: “Bir problemi, çətinliyi olanda dərdini mənə danışardı. Döyüş yoldaşları ilə də söhbət etdim. Mən onlarla, döyüşdə iştirak edən əsgərlərimizin hamısı ilə fəxr edirəm. Elə yüksək əhval-ruhiyyələri vardı ki, adam gözlərinə inanmırdı. Döyüşə elə gedirdilər ki, sanki hansısa şadlığa gedirdilər”.

 

Əliheydərin atası kənddə fizika-riyaziyyat müəllimi işləyib. Atası dünyasını dəyişəndən sonra ailənin tək oğul övladı kimi ailəyə başçılıq edirdi. Əliheydərin üç bacısı var. Böyük bacısı Nərmin: “Qardaşım çox vətənpərvər idi. Müəllim ailəsi idik, atamdan qavradığımız vətənpərvərlik hissləri onsuz da bizim hər birimizdə var idi. Deyirdi ki, hərbi formanı geydikdən sonra adamın düşmənə qarşı döyüşməkdən başqa bir düşüncəsi olmur”.

 

Ailəsi ilə sonuncu dəfə telefonla danışanda dediyisürprizimiz var” sözündəki sürpriz isə Şuşa şəhəri imiş.

 

Yeni nişanlanmışdı... Müharibə başa çatdıqdan sonra ailəsi onu evləndirməyi planlaşdırmışdı... Ailə qurmaq ona nəsib olmasa da, Şuşanın azad olunmasını görmək istəyi ona nəsib oldu.

 

İndi onun yaşadığı evdə Əliheydərin fotoları, şəxsi əşyaları, diplomu və üçrəngli bayrağımız olan guşə var. Onun əziz xatirəsi təkcə ailə üzvlərinin qəlbində deyil, bütün xalqımızın köksündə özünə əbədi yer tutubqalib ölkənin qalib şəhidi kimi...

 

Qırılıda Əliheydərlə birlikdə kəndin digər şəhidlərinin xatirəsinə bulaq kompleksi inşa edilib.

 

Mədəniyyət.- 2020.- 23 dekbar.- S.4.