Bayatı qədər ömrün olsun...

 

 

Gözəl duadır. Bir növ əbədiyaşarlıq alqışı. Onu diləyənin ruhunun hər qatına hopan şeriyyətin, poeziyanın, zərifliyin nişanəsi...

 

Yəqin bayatının sehr dolu dörd misrasının nüvəsində cild-cild kitabın hikmətini yaşatdığını anlamayan çətin tapılar. Hamımız ruhumuzun hər məqamında heç olmazsa bir bayatını zümzümə edirbununla da özümüzə qayıdışımıza sevinirik.

 

Şübhəsiz ki, bayatılar, ümumilikdə folklor hər bir xalqın misilsiz mənəvi xəzinəsi, mədəni irsidir. Azərbaycan xalqının əsrlər boyu tükənməyən, cilalana-cilalana günümüzədək daşınan mənəviyyatının aynası, ruhunun qidası da məhz folklorudur. O folklor ki, sözlü tariximizin ən etibarlı mühafizəçisidir. Tarix boyu xalq öz folklorunu el-el, oba-oba, mahal-mahal, kənd-kənd yaşadıb, genetik yaddaşını, milli irsini bu günümüzə ötürüb, bir sözlə, kimliyinə sahib çıxıb. Bu mədəni ənənə pərvəriş tapdığı mühitdən, regiondan asılı olmayaraq daim inkişafdadır və heç vaxt qocalmır.

 

Hər bir regionda olduğu kimi, Qarabağın da şifahi söz sənəti onun tarixi, etnoqrafikcoğrafi durumu ilə bilavasitə bağlıdır. Qarabağ bayatıları son günlər, zəfərlə bitən Vətən müharibəmizdə xüsusilə gündəmə gəldi, dildə-ağızda dolaşdı, şərqilərin ahəngində şaxələndi. Elə isə gəlin hamılıqla

 

Qarabağa yol salın,

Boynuna da qol salın,

Ağac əkib, bar dərin,

Budağından xol salın”, –

 

deyib üzü Qarabağa yol alaq

 

 

 

Folklor da bir tarixdir...

 

 

 

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslı ilə söhbətimizin ana xəttini Qarabağ bayatıları təşkil etdi. Folklorşünas xalqın ruh halının ən yaxşı, sadə səmimi ifadəsi olan bu sehrli xəzinə barədə aparılan araşdırmalar, xüsusən Qarabağ folklor nümunələrinin toplanmasından, mətnlərin mövzu müxtəlifliyindən danışdı: “Azərbaycanın əzəli torpaqlarından olan Qarabağ təkrarsız zəngin folklor məkanıdır. Folklor İnstitutunun 1994-cü ildən nəşrinə başladığı sayı 20 cildi keçən Azərbaycan folklor antologiyalarının bir cildinin – V cildin Qarabağın şifahi söz sənətini əhatə etməsi, eyni zamanda bölgə ilə bağlı bir neçə toplunun nəşri bu sahədə ilk addım olsa da, bu elin özü kimi zəngin folklorunu ehtiva etməyə yetməzdi. Bu məqsədlə institutumuz 2012-ci ildə Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi araşdırılması üzrə xüsusi layihənin icrasına başlayıb. Layihə çərçivəsindəQarabağ: folklor da bir tarixdiradı altında oncildlilik nəşr olunaraq elmi ictimaiyyətin ixtiyarına verilib”.

 

Həmsöhbətim bu yaxınlarda kitab halında işıq üzü görənQarabağ folkloru: janr poetikası mərasim ənənələrimövzusunda tədqiqat işinin bu ideyaya xidmət etdiyini bildirdi: “Bölgə ilə bağlı folklor örnəklərinin özünəməxsusluğu tədqiqatın predmetini təşkil edir. Tədqiqatda Qarabağdan toplanmış folklor nümunələri nəzəri-tipoloji tarixi-müqayisəli təhlillər əsasında araşdırılıb”.

 

Bayatı şifahi söz sənətimizin lirik, oynaq, ürəyi riqqətə gətirəcək qədər axıcı, səmimi kəlmələrlə qəliblənmiş janrlarından biridir. Folklorşünas bu nümunələri bütün zamanların ən yaxşı populyar ifadə forması hesab edir: “Türk xalqları arasında, ümumən Şərq dünyasında mani, xoyrat, yır, sarınq s. adlarla tanınan bu şifahi şeir şəkli Azərbaycan folklor çevrəsindəbayatıadı ilə tanınır. Bayatılarda xalqın tarixi, mənəviyyatı, xoş günü, ağrı-acısı ifadə olunur. Azərbaycanın folklor xəritəsinə nəzər salsaq görərik ki, elə bir bölgə yoxdur ki, oradan bayatı nəfəsi duyulmasın. Bayatı yüzilliklər keçib, kəmiyyətcə ölçüyəgəlməz bir janr kimi məişətimizdə özünə yer edib”.

 

 

 

Nərmə-nazik bayatıdır, bayatı...

 

 

 

Molla Vəli Vidadinin hələ XVIII əsrdə qələmə aldığıKülli-Qarabağın abi-həyatı, Nərmə-nazik bayatıdır, bayatımisraları Qarabağ folklor mühitində bayatının tutduğu yeri öz-özlüyündə müəyyənləşdirir. Müsahibimiz deyir ki, Qarabağ torpağının yetirdiyi Sarı Aşıq Lələ kimi məşhur bayatı ustadlarının da irsi bizə imkan verir ki, Qarabağı bayatınınbeşiyiadlandıraq. Bu baxımdan Qarabağın folklor xəritəsində, elat dünyasında, məişətində özünə yer edən bayatılar saysız-hesabsızdır. Qarabağdan qeydə alınmış bayatılarda ənənəviƏzizim”, “Əzizinəm”, “Mən aşıq”, “Mən aşiqəm s. kimi formullarla başlanan nümunələr kifayət qədərdir. Bu baxımdan məşhurƏzizinəm, Qarabağ, Şəki, Şirvan, Qarabağ. Tehran cənnətə dönsə, Yaddan çıxmaz Qarabağbayatısını yada salmaq kifayətdir: “Qeydə alınmış nümunələr içərisindəEləmiformulu ilə başlanan bayatılara çox az rast gəlinir, bu stereotipləri sındıran örnəklər isə kifayət qədər çoxdur. Qarabağ bayatılarında özünəmüraciətbülbüləm”, “ərəbəm”, “pəriyəm”, “qərənfiləm”, “bənövşəyəmkimi formullarla da təsbit olunur.

 

Əzizim, dağda var?

El köçdü, dağda var?

Ey Məcnun xəyallı könlüm,

Leylisiz dağda var?

 

dillər əzbəri nümunələrdəndir.

 

Qarabağ bayatıları ilə tanış olarkən bir detal xüsusilə diqqət cəlb edir. Xalq toponimləri, xüsusən dağ, çay, bulaq, yal-yamaclara verdikləri adları da bayatıların misralarına düzməyə çalışıb. Sanki illər sonra onlara da yağıların göz dikəcəklərini bilib buna görə misralarda əzizləyib, yaşadıblar. Tədqiqatçı belə nümunələrin ən məşhur işlək olanlarını diqqətə çatdırdı: “Qarabağ elinin bayatı yaradıcılığında toponimlərə, xüsusən el-oba, mahal adlarına tez-tez müraciət olunur. Qeydə alınmış nümunələrdə Qarabağ, Şuşa, Ağdam, Kəlbəcər, Murov, Daşbulaq, Xankəndi s. kimi toponimlərə aid örnəklər çoxluq təşkil edir. Məsələn,

 

Gülü bulaq, gül bulaq,

Suyu şirin bal bulaq,

Həsrətini çəkirik,

Kəndimizə gəl, bulaq.

 

Şuşanın yolu fərman,

Torpağı gözə dərman.

Sənə bir məktub yazım,

Yarı dərd, yarı dərman.

 

Qarqar çayı, axırsan,

Tər bənövşə qoxursan.

Gör necə bəxtəvərsən,

Novruzludan axırsan.

 

Qarabağ bayatıları mövzu baxımından da olduqca rəngarəngdir. Sevgi, gözəllik, dostluq, nakamlıq, ayrılıq, həsrət, qəriblik, tənhalıq anlayışları bayatılarda işlənən əsas motivlərdir.

 

Əzizinəm, Ağdama,

Bu yol gedər Ağdama.

Yarı məndən edənin

Gözlərinə dama

 

bayatısında biz fərqli mövzuların birgə poetik həllini görürük.

 

Vətən, yurd, el-oba həsrəti ifadə edən bayatılar isə daha çoxdur. Xüsusən Qarabağın işğal  altında olduğu illər çoxsaylı yeni bayatının yaranmasına gətirib çıxarıb. Doğma yurd-yuvasından didərgin düşmüş minlərlə qarabağlı öz ağrı-acısını bayatılarla dilə gətirib.

 

Mən aşıx, bağı neynər?

Bostanı, bağı neynər?

Eli, obası olmayan can

Dövləti, varı neynər?

 

Əzizim, didərginəm,

Köçkünəm, didərginəm.

Taleyin hökmünə bax

Yurdumda didərginəm.

 

Ruhumuzun danışan dili olan bayatılar yəqin bundan sonra Qarabağı, onu böyük, abad bağa çevirən ərənləri vəsf edəcək bizlər bayatı boylu nəğmələrimizi artıq daha zildən, daha şən, daha şaqraq oxuyacağıq...

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2020.- 23 dekabr.- S.1;6.