“Daş
kətan”dan boylanan gözəllik
Daşlarla danışan rəssam
Ölkəmizdə sənətkarlar diyarı
kimi tanınan Şəkiyə ayaq basan qonaqların görmək istədikləri
məkan əvvəllər
yalnız Şəki Xan sarayı idisə, sonralar bu sıraya el sənətinin müxtəlif
növlərini yaşadan
sənətkarların emalatxanaları
da əlavə olunub. Onlardanbiridə rəssamTahirHəmidlininemalatxanasıdır.
Otuzilə qədərbirmüddətdə AzərbaycanRəssamlar İttifaqının
Şəki şöbəsinə
rəhbərlikedənTahirHəmidl ihəmkarları arasındayeniliyə
meyilliyaradıcı kimitanınıb. O, sənətə
fərqlimünasibətiadi çaydaşları üzərində
yaratdığı rəngkarlıqnümunələriilə
nümayiş etdirib. Etirafedəkki, buyenilikmüstəqillikdövrü
incəsənətimizdə önəmlibədiihadisələrdəndir.
Qənaətimizcə, onun rəngkarların işlətdiyi ənənəvi
kətanı adi çay daşının
səthi ilə əvəzləməsinin kökündə
bu bərk materialın təsviri sənətdən daha çox dekorativ-tətbiqi
sənəti ilə yaxınlığı dura
bilərdi. Bu da,
əslində, Şəki
bədii sənətkarlığını
səciyyələndirən estetikanı daşla əlaqələndirməklə, iki – rəngkarlıq və dekorativ-tətbiqi sənət kimi sahələri uğurla bir araya gətirmək
cəhdi idi.
Həmin çoxsaylı nümunələrlə
tanışlığın qarşılığında deyə
bilərik ki, Tahir Həmidlinin rəngkarlıq sahəsinə
gətirdiyi bu yenilik beynəlxalq miqyasda çox maraqla qarşılandığından
müəllif üçün
həm də ruhlandırıcı amilə
çevrildi. Rəssamın əsasən Azərbaycan,
xüsusilə də Şəki memarlığını
əks etdirən əsərlərinin dünyanın
bir çox məşhurlarının kolleksiyasını
bəzəməsi də
bu “daş tablo”ların zəngin estetik dəyər daşıyıcısı olduğunu
təsdiqləyir. Bu yerdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
2011-ci ildə Şəkiyə
səfərinin sonunda
həmin əsərlərdən
birinin ona hədiyyə olunduğunu
da qeyd etməyə
ehtiyac duyduq.
Sənət xiridarlarının Tahir
Həmidli haqqında söylədikləri “daşlarla
danışan rəssam”
deyimində onun soyuq daş parçasına, sözün
əsl mənasında,
“can” vermək bacarığını
vurğulamaq istəyi
durur. Doğrudan da, onun müxtəlif çalarlı
daşların fakturasını
çəkdiyi mənzərələrin
koloriti ilə ustalıqla əlaqələndirməsində
bənzərsiz olduğunu
deyə bilərik.
Bu gün Şəkiyə
ayaq basan və Tahir Həmidlinin
emalatxanasını ziyarət
edən əcnəbi turistlərin oradan əliboş çıxmamaları
da heç şübhəsiz, rəssamın
təsvirli daşları
unikal ərməğan
nümunəsinə çevirə
bilməsi ilə bağlıdır.
Əvvəlcə Bakıda, sonra isə Daşkənddə
xüsusi ixtisas təhsili alan sənətkarın yaratdıqları
əcdadlarımızın qədim Qobustanda qayalar üzərində cızdıqları təsvirlərin,
onların ifadə metodunun yaradıcılıqla
davam etdiriliməsi – dünyaya monoxrom baxışın polixrom dərklə əvəz olunması deməkdir. Əgər qaya rəsmlərinin cəlbediciliyini
cizgi “yeknəsəkliyi”ndən
qaynaqlanan özünəməxsus
estetika şərtləndirirsə,
Tahir Həmidlinin “daş kətan”dan boylanan təsvirlərində
bədii tutumun ecazkarlığı rənglərin
bərk materialla uğurlu qovşağı
ilə yaranıb.
Bu mənada ilk dəfə
2004-cü ildə bu sahədə davamlı təcrübələrinin uğurlu
nəticələrini ictimailəşdirən
Tahir Həmidlini həm də Azərbaycan daş rəngkarlığı kimi
yeni bir sahənin yaradıcısı
hesab etmək olar. Əlavə edək ki, əgər istifadə etdiyi material həmin nümunələri nə
qədər dekorativ-tətbiqi
sənətə yaxınlaşdırırsa,
təsvirlərin rənglə
gerçəkləşməsi onu birmənalı olaraq rəngkarlığa
qovuşdurur. Əslində, istifadə olunan səthdən asılı
olmayaraq rəssamın
yaratdıqlarını bilavasitə
rəngkarlığa aid etmək
çox düzgün
və məntiqlidir.
Bu yerdə xatırladaq
ki, Orta əsrlərin məşhur
sənətkarlarından başlayaraq
bu günümüzə
kimi rəssamların müxtəlif nəsilləri
bərk materiallar üzərində, o cümlədən
taxta səth üzərində rəngkarlıq
əsərləri yaratmaqdadırlar.
Tahir Həmidlinin
daş rəngkarlıq
nümunələri müxtəlif
ölçülüdür. Başqa sözlə
desək, onun üçün ölçü
məhdudiyyəti yoxdur.
Ən başlıcası həmin
daşların ona xoş gəlməsidir.
Oğlu Əhmədin də yaxından iştirak etdiyi həmin axtarışların nəticəsi
olaraq toplanan daşlarda rəssamın bu vaxta qədər
bədiiləşdirdiyi ən
kiçik ölçü
10 sm, ən böyüyü isə
200 santimetrdir.
Qrafika sahəsində ali
təhsil alan və düşüncələrini
əvvəllər daha
çox kağız üzərində ağ-qara
cizgilərlə ifadə
etməyə üstünlük
verən rəssamın
“daş sevgisi”nin özünəməxsus tarixçəsi
vardır. Özü bu barədə belə deyir: “Daş üzərində əsərlər yaratmaq fikrinə tam təsadüf
nəticəsində gəlmişəm.
Şəkidəki küçələrin birindən keçəndə
qarşıma çox
cəlbedici bir daş çıxdı.
Onun qəribə rəngi və fakturası mənə çox cəlbedici göründü. Mən də çoxlarına
adi görünə biləcək bu tündrəngli daşı
kətan kimi təsəvvür etdim və içimdə onun üzərində bir Şəki mənzərəsi yaratmaq
istəyi yarandı.
Ölçü etibarilə
o qədər də böyük olmayan bu daşı emalatxanama gətirdim və az
sonra üzərində
Şəki memarlığını
səciyyələndirə biləcək bir mənzərə işlədim.
Həmin
daş tablonu emalatxanamda saxladım.
Günlərin bir günü
emalatxanama gələn
və qrafika əsərlərimlə maraqlanan
bir amerikalı turist bu daşı
məndən almaq istədiyini bildirdi. Təklif çox gözlənilməz
idi. Düzü, apardığım eksperimentlərin bu uğurlu nəticəsi ilə kiminsə nə vaxtsa maraqlanaçağını düşünməmişdim.
Odur ki, indiki halda
çıxılmaz vəziyyətdə
qalmışdım. Amerikalıya nə deyəcəyimi bilmirdim. Sükutu onun özü pozdu və “daş mənzərə”ni ona 50 dollara satmağımı təklif etdi. Onun təklifinə “yox” deyə bilmədim və beləliklə, bu sahədə ərsəyə gətirdiyim
ilk əsərim uzaq Amerikaya getdi. Əslində, bu hadisə
həm də mənim sonrakı yaradıcı taleyimi həll etmiş oldu. Həmin gündən yaradıcılığımın
inkişaf istiqaməti
tamamilə dəyişdi.
Obrazlı desək, o vaxtdan “çörəyim”
yalnız daşdan çıxmağa başladı…”.
Elə Tahir Həmidlinin sonrakı illərdə yaratdığı
“daş tablo”ların mövzu dairəsinə diqqət yetirəndə də onun bu
sahəyə marağının
sonsuz olduğunu görmək mümkündür. Əslində, qəribəliyi bilavasitə
ifadə olunduğu materialdan görünən
bu əsərlərin
həm də sənətkarlar yurduna üz tutan çoxsaylı
əcnəbilər üçün
bənzərsiz ərməğana
çevrilməsi, rəssamın
onları həm də Şəkinin və onun özünəməxsus
memarlığının təbliği
vasitəsi kimi təqdim etməsini şərtləndirib. Şəkinin əsrarəngiz təbiəti
və memarlığı,
ayrı-ayrı məhəllələrin
görünüşü, qədim karvansaralar, sənətkarlıq emalatxanaları
və digər neçə-neçə motivlər
bu daş lövhələrin əsas
məna-məzmun daşıyıcılarına
çevrilib. “Şəki
Xan sarayı”, “Karvansara”, “Alban məbədi”,
“Qədim ev”, “Kirəmitli tikili”, “Qədim küçə”,
“Dağlıq məhəllədə”,
“Şəkidə qış”
və s. əsərlər
bu qəbildəndir.
Rəssamın zəngin yaradıcılıq
irsində onun zamanın axarında əsərlərinin mövzu
coğrafiyasını genişləndirmək
istəyi də qabarıq duyulmaqdadır. Onun qədim
İçərişəhərə, eləcə də Azərbaycanın digər
məşhur memarlıq
abidələrinə həsr
etdiyi çoxsaylı
lövhələr də
bunu təsdiqləyir.
Tahir Həmidlinin
“daş tablo”larının
estetikasını dəyərləndirməli
olsaq, ilk növbədə,
onun istifadə etdiyi materiala davamlı olaraq fərqli yanaşma nümayiş etdirməsini
vurğulamalıyıq. Belə
ki, səth kimi seçdiyi müxtəlif formalı daşların rəngini hər
dəfə işləyəcəyi
süjetin ümumi koloritinə uyğunlaşdıraraq
ram etməsi ilə kompozisiyanın bütövlüyünə
nail olan rəssam, bunun sayəsində tablonun cəlbedici və duyğulandırıcı
bədii-estetik qaynağa
çevrilməsinə nail olur. Onun rəngdən daşın
kənarlarına doğru
uzanan keçidlərdə
nümayiş etdirdiyi
axıcı bədii keçidlər, məntiqli
harmoniya ilə əldə olunan təbiilik xüsusilə heyranedicidir. Bu yöndə
tətbiq olunan çoxsaylı improvizələrin
hesabına rəng oynaqlığına və
forma-biçim stilizələrinə
nail olan Tahir Həmidli reallığa tapınan bu ifadə üslubunda həmin klassik bədii prinsiplərin “estetik xəritəsi”ni xeyli genişləndirib.
Rəssamın “daş tablo”larının estetikasından söz açanda müəllifin
kompozisiyaların ümumi
koloritini daşların
rənginə uyğunlaşdırmağa
səy göstərdiyini
xüsusi vurğulamışdıq. Amma Tahir
Həmidli İkinci Qarabağ savaşındakı
şanlı qələbədən
sonra ərsəyə
gətirdiyi yeni əsərində onun yaradıcılığında aparıcı olan və ənənəviləşən
bu rəng həllini bilərəkdən
pozub. Bu, “Qarabağ
Azərbaycandır!” adlanan
həmin əsərdə bayrağımızın
gözümüzə nur,
varlığımıza ruh
verən üç rəngini bütün gücü-parlaqlığı ilə təsvirində ifadə olunub. Odur ki, tünd-göy yerlikdə milli dövlət atributumuz daha da cəlbedici
və qürurverici görünür. Qənaətimizcə, düşmən üzərində
şanlı zəfərimizə
həsr olunmuş bu əsərdəki şux-nikbin kolorit bu günlər hamımızın keçirdiyi
ovqata tam uyğundur.
Bunu rəssamın yaradıcılığında hər birimizin həyatında başlanan
yeni mərhələyə
uyğun məntiqli dəyişiklik saymaq olar…
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor
Mədəniyyət.- 2020.- 23
dekabr.- S.7.