Şərqin böyük
mütəfəkkiri İbn Xəlduna həsr
edilmiş konfrans
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) ofisində XIV əsrin görkəmli İslam mütəfəkkiri və tarixçisi İbn Xəlduna həsr edilmiş “İbn Xəldunun fəlsəfi fikirlərində uzaqgörənlik” mövzusunda elmi konfrans keçirilib. Tədbirə Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov da qatılıb.
Konrad Adenauer Fondunun Mərakeş təmsilçiliyi ilə birgə təşkil edilən konfransda çıxış edən İCESCO-nun Baş katibi Salim Əl-Malik ərəb elminin görkəmli nümayəndəsi İbn Xəldunun zəngin irsi və bioqrafiyası haqqında ətraflı məlumat verib. Bildirib ki, onun əsərləri bu gün də İslam və Qərb ölkələri alimlərinin tədqiqat mövzusu və tarixin öyrənilməsində əsas məxəzlərdən biridir. Türkiyədə İbn Xəldunun adını daşıyan universitet, Pakistan və digər İslam ölkələrində elmi tədqiqat mərkəzləri fəaliyyət göstərir.
Konfransın sessiyalarda
İslam ölkələri və Qərb
alimlərinin İbn Xəldunun fəlsəfi
düşüncələri, tarixin sosial müşahidələrə söykənən
izahı – Ümran elminin
əsasını qoyması, “Müqəddimə”, “Kitabul İbər”, “Lulabul-Mühəssəl”
və digər qiymətli əsərləri haqqında elmi məruzələr dinlənilib.
İngilis tarixçisi
Arnold Toynbinin onun haqqında söylədiyi fikir
xüsusi olaraq
vurğulanıb: “İbn Xəldun hər
hansı bir zamanda, hər
hansı bir ölkədə, hər
hansı bir beyin tərəfindən
yaradılmış ən böyük tarix fəlsəfəsinin sahibidir”.
Mədəniyyət.- 2020.- 23
dekabr.- S.8.