“Qarabağ üçün
yarat!”
Təhsil Nazirliyi 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” (“Mənim yolum”) Uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ üçün yarat!” virtual rəsm sərgisi keçirilib.
Təhsil Nazirliyindən bildirilib ki, sərginin təşkil olunmasında məqsəd Amerikada yaşayan uşaqlara Qarabağın tarixi abidələrini, işğaldan azad olunmuş şəhər və kəndlərini tanıtmaq, istedadlı uşaqları üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.
Virtual sərgidə azərbaycanlı
və amerikalı məktəblilər
tərəfindən 60-a yaxın əl işi
təqdim olunub. Rəsmlərdə Azərbaycanın
tarixi abidələri, zəngin mədəni
irsi və qəhrəmanlarının döyüş əzmi öz
əksini tapıb. Sərginin yekunu
ilə bağlı təşkil edilən tədbirdə
çıxış edən “My Way” mərkəzinin rəhbəri Alyona Bədəlova Azərbaycan xalqını
Vətən müharibəsində tarixi Qələbə
münasibətilə təbrik edib,
iştirakçılara uğurlar
arzulayıb.
Mədəniyyət.- 2020.- 29
dekabr.- S.4.