Sankt-Peterburqda “Abay” mədəniyyət mərkəzi
Qazaxıstanın görkəmli şair və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibətilə Sankt-Peterburqdakı Rusiya Milli Kitabxanasında “Abay” adlı mədəniyyət mərkəzi öz işinə başlayıb.
Layihə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi və Nur-Sultan şəhərinin Milli Akademik Kitabxanasının dəstəyi ilə reallaşıb.
Mərkəzdə Abay Kunanbayevin kitabları və haqqında çap olunan nəşrlər
oxucuların ixtiyarına verilib. Burada hər bir ziyarətçi şairin
həyat və yaradıcılığı haqqında
materialları əldə edə, onun əlyazmaları
və yazdığı kitabların xarici
dillərdəki nəşrlərinə baxa
bilər, eyni zamanda
müxtəlif filoloqların tədqiqat işləri ilə
tanış ola bilərlər.
Mədəniyyət.- 2020.- 29
dekabr.- S.8.