Əməkdar incəsənət xadimi Emin Məmmədov təltif edilib

 

Mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Əməkdar incəsənət xadimi, Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri Məmmədov Emin Səlhab oğlu Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. 

 

Emin Məmmədov 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib.

 

“Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli sərəncamına əsasən, Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

 

Emin Məmmədov 2020-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.

 

Mədəniyyət.- 2020.- 29 dekabr.- S.3.