“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn müsabiqəsi davam
edir
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi davam edir.
Müsabiqənin keçirilməsində əsas məqsəd musiqi tariximizdə qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, qədim və müasir el havalarının öyrənilməsi, yaşadılması və bu işlərin ölkənin regionlarında daha da canlandırılmasına dəstək verilməsidir.
Müsabiqəyə 3 yaş qrupu (9-11 yaş; 12-14 yaş; 15-17 yaş) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları, gözəlləmə, müxəmməs) üzrə qatılmaq olar. 18-20 yaş arasında gənclərin də müsabiqədə iştirakı mümkündür. Müsabiqədə yalnız 1 nominasiya üzrə 1 nömrədən ibarət videoçarx təqdim etmək olar. Videoçarxın ifa müddəti 3 dəqiqədən çox olmamalıdır.
Yarışmaya qatılmaq istəyənlər
özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü,
təhsil aldığı müəssisə, ünvan
və əlaqə nömrəsi, nominasiya
və ifa etdiyi
mahnının adı) hazırladıqları videoçarx
ilə birgə dekabrın 30-dək qarabagasiqseneti@gmail.com elektron ünvana göndərməlidirlər.
Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 518-00-94 (“WhatsApp”) telefon nömrələri
ilə əlaqə saxlamaq olar.
Qaliblər 2021-ci ilin mart
ayında elan olunacaq.
Mədəniyyət.- 2020.- 9
dekabr.- S.5.