Digitalart-lab” layihəsinin növbəti mərhələsi

 

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının “Digitalart-lab” adlı layihəsinin ikinci mərhələsi başlanıb.

 

Layihə ölkəmizdə rəqəmsal incəsənətin formalaşması üçün incəsənətin bu innovativ sahəsində çalışan gənc, peşəkar və həvəskar rəssamlarla əməkdaşlıq etmək, onların yaradıcılığındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları geniş ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.

 

“Digitalart-lab”ın ilk mərhələsinə qatılan Ariz Abbasov, Zəhra Quluzadə, Həbibə Məmmədova, Nərmin Mahmudova, Nərminə Qurbanzadə, Hənifə Musayeva, Aysel Nəcəfli, Sufi Səfərli, Səbinə Abbasova, Nərgiz Xəlilzadə, Arzu Bəxtiyarova, Sara Qədimova, Qafarova İntizar, Şəlalə Salamzadə növbəti mərhələdə iştirak etmək üçün seçiliblər.

 

2021-ci il mart ayınadək davam etməsi nəzərdə tutulan layihədə iştirakçılar hər ayZoom” proqramı vasitəsilə istedadlı rəssam Natiq Kamalın onlayn ustad dərslərini izləyəcəklər. Əlavə olaraq ayda bir dəfə qonaq rəssamlarla virtual görüş təşkil ediləcək.

 

Digitalart-lab” layihəsi haqqında əlavə məlumatları və yenilikləri Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından əldə etmək mümkündür.

 

Mədəniyyət.- 2020.- 9 dekabr.- S.4.