Ağdamda qədim saxsı qabları
tapılıb
Ağdam rayonunun Bənövşələr qəsəbəsində qədim dövrə aid maddi mədəniyyət nümunələri – iki ədəd saxsı qab və çoxlu saxsı qırıntılar aşkar olunub.
Qəsəbə sakini Zamiq Abbasov saxsı qabları həyətdə təsərrüfat işləri apararkən tapıb. Aşkar edilən mədəniyyət nümunələri rayon Tarix-diyarşünaslıq muzeyinə təhvil verilib.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasının rəisi, professor Hidayət Cəfərov bildirib ki, tapıntılar Son tunc - Erkən dəmir (e.ə. XII-XI əsrlər) dövrünə aiddir. Yaxınlıqdakı Palıdlı nekropolunun materialları ilə eyni tiplidir.
Muzeyin direktoru Ülvi Qədirov aşkar olunan saxsı qablardan birinin qara cilalı olmasının maraq doğurduğunu deyib. Bildirib ki, bu qab muzeydə qara cilalı ilk saxsı eksponat olacaq.
Mədəniyyət.- 2020.- 9
dekabr.- S.4.