Vətən müharibəsinin şəhid sinif yoldaşları

 

 

VüqarSeymur. Onlar həm sinif yoldaşı, həm də yaxın dost olublar. Ən böyük arzuları Qarabağın qəlbi Şuşanın düşməndən azad olunması idi. Rahat uyuyun, şəhidlərim. Məhz sizin kimi qəhrəman oğullarımız sayəsində Qarabağımıza, Şuşamıza qovuşduq...

 

Seymur Qələndər oğlu Həsənli 1993-cü il noyabrın 8-də Bərdə rayonunun Nağılar kəndində anadan olub. Daha sonra ailəsi Yevlax rayonunun Malbinəsi kəndində məskunlaşır. Seymur 2011-ci ildə Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbini bitirib hərbi xidmətə yollanır. 2012-ci ildə xidməti başa vuraraq doğma kəndinə qayıdır. Sonra Bərdə rayonunda Daxili Qoşunların N saylı hərbi hissəsində xidmətə yazılır.

 

2019-cu il noyabrın 17-də sevdiyi qızla nişanlanır. Ailəsi toyu 2020-ci il noyabrın 8-də, Seymurun ad günündə etməyi planlaşdırır. Lakin taleyin naxışı pozulur, rəngləri dəyişir.

 

Sentyabrın 27-də başlanan Vətən müharibəsində Seymur Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin baş çavuşu kimi doğma yurdunun müdafiəsinə yollanır. Komandirlərinin dediyinə görə, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətindəki döyüşlərdə igidlik göstərir. Noyabrın 7-dən 8-nə keçən gecə Şuşa uğrunda gedən döyüşlərdə düşmənin onlarla əsgər və zabitini məhv edərək qəhrəmancasına həlak olur.

 

Şəhidin bacısı Arzu Həsənlinin sözlərinə görə, ən böyük arzusu qardaşının xoşbəxt ailə qurması olub: “Bu istəyim gerçəkləşmədi. Amma qardaşım və onun timsalında şəhid olan bütün Azərbaycan övladları o torpaqlarda qanları ilə çıraq yandırdılar. Onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar”.

 

 

Mədəniyyət.- 2020.- 4 dekabr.- S.6.