“Qarabağın məşhur müəllimləri” – Haşım bəy Vəzirov

 

 

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti təqdimatı tanınmış  pedaqoq, publisist, tərcüməçi, yazıçı, naşir Haşım bəy Vəzirovdur.

 

Haşım bəy Vəzirov 1868-ci ildə Şuşa şəhərində anadan olub. İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra Böyük Vedi kəndində müəllimliyə başlayıb. Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Köynük kəndlərində və Bərdədə pedaqoji fəaliyyətlə məşğul olub. Bir müddət isə Şuşada yerləşən müsəlman-rus məktəbinin müdiri işləyib. Şuşa Realnı məktəbinin hazırlıq sinfində ana dilindən dərs deyib.

 

Xalq həyatından, məişətindən öyrəndikləri onun bir yazıçı-jurnalist kimi fəaliyyətinə səmərəli təsir göstərib. Haşım bəy müdir işlədiyi məktəbdə nizam-intizam yaratmaqla yanaşı, savadsızlar üçün axşam kursları da açıb. Bütün varlığı ilə millətinin savadlanmasına, məktəbə gələn hər bir uşağın yüksək bilik almasına çalışıb. Əlinin əməyi, zəhməti hesabına dolananları, cəmiyyətin bütün təbəqələrini əhatə edən çalışqan insanları millətinin sərvəti hesab edib.

 

 

Mədəniyyət.- 2020.- 4 dekabr.- S.7.