Qədim türk yazılı ədəbiyyatının misilsiz abidəsi

 

 

Qutadğu bilig” əsərinin 950 illiyinə həsr edilmiş beynəlxalq onlayn konfrans

 

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Yusuf Balasaqunlunun (Yusuf Has Hacib) “Qutadğu bilig” və bu əsərin öyrənilməsinin aktual problemləri” adlı beynəlxalq onlayn konfrans keçirilib.

 

Şərq ədəbiyyatının bu qədim və misilsiz nümunəsinin 950 illiyinə həsr edilən konfransa Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan, İran və Misirdən alimlər qatılıb.

 

Ölkəmizi tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər və Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov təmsil ediblər.

 

Özbəkistan aliorta təhsil nazirinin müavini Uzakboy Beqimkulov, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, Türkiyənin Özbəkistandakı səfiri Mehmet Surayya Er, Azərbaycan səfiri Hüseyn Quliyev və başqaları təbrik nitqi söyləyiblər.

 

Ramiz Əskərin “Qutadğu biligin biblioqrafiyası”, Elçin İbrahimovunTürk dünyasında dil siyasətinin meydana gəlməsində əsərlərin rolu: “Qutadğu biligin araşdırılması tarixi” mövzularında məruzələri maraqla dinlənilib.

 

Konfransda vurğulanıb ki, qədim türk yazılı ədəbiyyatının misilsiz abidəsi olanQutadğu bilig” əsəri kamil insan, dövlət və ictimai idarəetmə sistemi, bilik almağın əhəmiyyəti, mənəviyyat, mədəniyyət, fəlsəfə anlayışları, uşaqların tərbiyəsi haqqında fikirlər və mülahizələr toplusudur.

 

Alimlər əsərin poetikasından, dünyəvi əhəmiyyətindən, dilüslub xüsusiyyətlərindən, mətnlərin tədqiqatından, Yusuf Has Hacibin irsindən, Şərq sivilizasiyasının inkişafından, klassik irsin öyrənilməsi sahəsində yeni mütəxəssis nəslinin yetişdirilməsindən, dünya şərqşünaslıq elmi qarşısında duran vəzifələrdən söhbət açıblar.

 

 

Mədəniyyət.- 2020.- 4 dekabr.- S.8.