Azərbaycanda arxiv quruculuğunun 100 ili tamam olur

 

 

Milli Arxiv İdarəsində Azərbaycanda arxiv quruculuğunun 100 illiyinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə respublikanın dövlət arxivlərinin rəhbərləri iştirak ediblər.

 

Əvvəlcə Vətən müharibəsində şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bildirilib ki,  bu günlər ölkəmiz üçün əlamətdar hadisələrlə zəngindir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edib, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunub.

 

Müşavirədə dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən təltif olunmuş Milli Arxiv İdarəsi əməkdaşlarınaDövlət qulluğunda fərqlənməyə görəmedalları vəsiqələri təqdim olunub.

 

Sonra Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

 

Sonda Azərbaycanda arxiv quruculuğunun 100 illiyinə həsr olunmuş Milli Arxiv İdarəsi tərəfindən nəşr edilmişAzərbaycanda arxiv işiİzahlı arxiv terminləri lüğətikitablarının təqdimatı olub.

 

 

Mədəniyyət.- 2020.- 4 dekabr.- S.3.