Bir məkanda iki əlamətdar hadisə
İtaliyadan gətirilən xalçaların təqdimatı
və Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin
40 illik yubileyi
Dekabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində
İtaliyanın Sartirano
yarmarkasında satın
alınaraq Vətənə
gətirilən xalçaların
təqdimatı və
Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq
Muzeyinin 40 illik yubileyinə həsr olunan tədbir keçirildi.
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini
müvəqqəti icra
edən Anar Kərimov tədbiri giriş sözü ilə açaraq işğal altındakı
torpaqlarımızın azad
edilməsi və Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə müzəffər
Ordumuzun qazandığı
Qələbə münasibətilə
iştirakçılara təbriklərini
çatdırdı.
Təqdimatı keçirilən xalçalar
haqqında məlumat verən Anar Kərimov bildirdi ki, İtaliyanın Sartirano yarmarkasında satışa çıxarılan
XVII-XIX əsrlərə aid, elmi, bədii, tarixi və muzey əhəmiyyəti kəsb edən 3 ədəd unikal Azərbaycan xalçası
Mədəniyyət Nazirliyi
tərəfindən alınaraq
ölkəmizə gətirilib.
Anar Kərimov diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən
daim diqqət və qayğı göstərilən xalçaçılıq
sənətinin inkişafı,
beynəlxalq arenada tanıdılması ilə
yanaşı, dünyanın
məşhur muzeylərində
saxlanılan Azərbaycan
xalçalarına düzgün
atribusiyanın verilməsi,
xarici hərrac və auksionlarda satışa çıxarılan
xalçalarımızın alınaraq ölkəmizə
gətirilməsi istiqamətində
də mühüm işlər görülür.
Bu məsələ ölkə
başçısının 28 fevral 2018-ci il
tarixli sərəncamı
ilə təsdiq olunan “Azərbaycan Respublikasında xalça
sənətinin qorunmasına
və inkişaf etdirilməsinə dair
2018-2022-ci illər üçün
Dövlət Proqramı”nın
müvafiq bəndində
əksini tapıb. Dövlət Proqramında
yüksək keyfiyyətli,
bədii əhəmiyyətli,
həmçinin nadir xalçaların
satın alınması
ilə tədbirlərin
görülməsi nəzərdə
tutulub: “Bu xalçaların
alınması xüsusilə
böyük əhəmiyyət
kəsb edirdi. Əzəli Azərbaycan torpağı
olan Qarabağın düşmən işğalından
azad edildiyi bu tarixi dövrdə
məhz Qarabağ xalçalarının öz
vətəninə qaytarılması
tariximiz və mədəniyyətimiz üçün
mühüm hadisədir”.
Qeyd olundu ki, Sartirano
yarmarkasında satın
alınan “Çələbi”
xalçası Qarabağın
ən məşhur xalça nümunələrindən
biridir və Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına
hədiyyə edilir. İtaliyadan gətirilən “Quba” xalçası Milli Xalça Muzeyinə, Qarabağ xalça qrupuna aid olan digər orijinal xalça isə Azərbaycan Milli İncəsənət Muzeyinə
təhvil veriləcək.
Anar Kərimov daha sonra Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin
40 illik yubileyi haqqında tədbir iştirakçılarına məlumat
verdi. Qeyd etdi
ki, əlamətdar yubileyin məhz Vətən müharibəsində
zəfər çaldığımız
bu ilə təsadüf etməsi ikiqat sevincdir.
Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin
direktoru Tariyel Abbasov muzeyin yaranma tarixi barədə danışdı. Onu da diqqətə çatdırdı
ki, Cəbrayıl
Rayon Tarix-Diyarşünaslıq Muzeyi torpaqlarımızın
erməni silahlı qüvvələri tərəfindən
işğalı zamanı
eksponatlarının böyük
əksəriyyəti xilas
edilən yeganə muzeydir. Ümumilikdə o dövr üçün
mövcud 17 mindən çox eksponatın təxminən 16 mini xilas edilib. Həmin eksponatlar Azərbaycan
Milli İstiqlal Muzeyində yerləşdirilib.
Mərasimdə o da bildirildi ki, Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin
yaranmasının 40 illiyi
münasibətilə və
muzeyin əməkdaşlarının
fəaliyyəti, əldə
etdikləri nailiyyətlər,
daima muzeyin kolleksiyalarının zənginləşdirilməsi
istiqamətində çalışmaları nəzərə
alınaraq, kollektivin bütün üzvləri
Mədəniyyət Nazirliyi
tərəfindən pul
mükafatı və fəxri fərmanla təltif edilib.
Muzeyin 40 illiyinə
həsr olunan videoçarx nümayiş
etdirildikdən sonra yubiley münasibətilə
hazırlanan sərgiyə
baxış oldu. Qeyd edək
ki, sərgini virtual formatda museum.az saytı üzərindən izləmək
mümkündür.
NURƏDDİN
Mədəniyyət.- 2020.- 16
dekabr.- S.4.