Kitabxanalar tarix yazan
igidləri oxuculara tanıdır
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının
İnformasiya-resurs şöbəsi
işğal altındakı
torpaqlarımızın azad
edilməsi uğrunda canını fəda edən Vətən övladlarını tanıtmaq
məqsədilə “Tarix
yazan igidlərimiz” adlı layihə həyata keçirir.
Layihə çərçivəsində kitabxananın hazırladığı
ilk videoçarx kiçik
çavuş Şahin
Hüseynli haqqındadır.
1995-ci il təvəllüdlü
Şahin Hüseynli Füzuli-Cəbrayıl istiqamətində
döyüşlərdə xeyli düşmən qüvvəsini məhv edərək şəhid olub.
Videoçarxda Şahin Hüseynlinin qısa ömür yolu, nümunəvi hərbi xidməti barədə bəhs edilir, təltif edildiyi diplomlar diqqətə çatdırılır.
Anası Tərgül xanım xatirələrini bölüşüb. O, oğlu
ilə son görüşünü
xatırlayaraq deyib: “Şahin gedərkən mənə doğru döndü və hərbi salamını verərək “Vətən
uğrunda döyüşə
gedirəm. Şəhid olsam, ağlama,
başını dik
tut!” söylədi”.
***
Bakı Şəhər Mədəniyyət
Baş İdarəsi Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası
şəhid Məmmədağa
Səfərov haqqında
məlumat saatı təşkil edib. Məlumat saatında
şəhidin ömür
yolundan söhbət açılır.
Bildirilir
ki, Məmmədağa
Balakişi oğlu Səfərov 1997-ci il mayın 10-da Bakıda anadan olub. Yasamal rayonu
A.Hüseynzadə adına 20 nömrəli
tam orta məktəb-liseydə
oxuyub. Türkiyənin Balıkəsir Universitetinə
daxil olub. Son kursda Vətənə
qayıdaraq hərbi xidmətə gedəcəyini
və təhsilini sonra davam edəcəyini
bildirib.
2019-cu ilin oktyabrında
əsgəri xidmətə
yollanır. Bu ilin
27 sentyabrında Vətən
müharibəsi başlayandan
sonra Cəbrayıl, Füzuli rayonlarının
azad edilməsi uğrunda döyüşlərdə
iştirak edir. Oktyabrın
21-də Füzuli istiqamətində
gedən döyüşlərdə
şəhidlik zirvəsinə
yüksəlir.
Məmmədağa Səfərov doğma torpaqlarımızı düşməndən
xilas etmək məqsədilə silaha sarılan qəhrəman Vətən oğlu kimi yaddaşlarda əbədi yaşayacaq.
Şəhidin adı Türkiyədə oxuduğu universitetdə də xatirə diplomu – “Şükran
beratı” ilə əbədiləşdirilib.
Mədəniyyət.- 2020.- 16
dekabr.- S.4.