“Nəriman
Nərimanov və Azərbaycan dili”
Filologiya
elmləri doktoru, professor Sayalı Sadıqovanın “Nəriman
Nərimanov və Azərbaycan dili” monoqrafiyası nəşr
olunub.
Akademik Möhsün Nağısoylunun
elmi redaktorluğu ilə işıq üzü görən monoqrafiya Azərbaycan ictimai fikri, mətbuatı, mədəniyyəti
tarixində mühüm
xidmətləri olan görkəmli ictimai-siyasi
xadim Nəriman Nərimanovun 150 illik yubileyinə həsr edilib. Əsərdə Nərimanovun Azərbaycan
ədəbi dilinin qorunması və inkişafı uğrunda apardığı dil siyasəti, qrammatika kitabları, əlifba və terminologiya sahəsindəki fəaliyyəti
tədqiq olunub. Qeyd edilib ki, ədib
ana dilində əsərlər yazmaqla yanaşı, ana dili məsələsini milli məsələnin əsas tərkib hissəsi hesab edib, ana dilində
məktəblər üçün
dərsliklər yazıb.
Monoqrafiyada maarifpərvər ədibin dilçilik görüşləri, yazdığı
dərsliklər geniş
təhlil edilib.
Mədəniyyət.- 2020.- 16
dekabr.- S.7.