Virtual səhnənin teatralları

 

 

İlin son ayını da həyatımıza və leksikonumuza müdaxilə olan COVİD-19 ilə yaşayırıq. Pandemiya artıq həyat tərzinə çevrilib. Bilmirəm, bu prosesi tamaşaçı daha ağır keçir, yoxsa aktyor. Amma əminəm ki, səhnəsi, zalı insan hənirinə həsrət teatrlar çox qəribsəyib.

 

Bu təlatümlü dönəmdə qismən tamaşaçı auditoriyası yığmağa cəhd etsələr də, soyuq ekran, smartfondakı səhnə tamaşaçını teatr ilə dialoqa hələ ki çəkə bilmir. Buna rəğmən sadiq tamaşaçıları ilə distant ünsiyyətini saxlayan teatrlar hələ də onlayn tamaşa nümayişlərini davam etdirirlər.

 

Başlayaq Azərbaycan Dövlət Akademik OperaBalet Teatrından. Dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını dekabrın 9-da virtual səhnədə – kompüter və telefonlarımızın ekranlarında izləyə bilərik.

 

Şənbə gününün (11 dekabr) səhnə növbəsində “Qoyya”dır. Birpərdəli balet (bəstəkarlar Qara Qarayev, Fərəc Qarayev, libretto müəllifi Yana Temiz) nümunəsi teatrın repertuarında möhkəm yer tutur. Bazar günü isə görkəmli italyan bəstəkarı R.Leonkovallonun “Payatsı” operasının tamaşası nümayiş olunacaq.

 

P.Çaykovskinin məşhur  Qu gölübaleti dekabrın 16-da, C.Puççininin «Toska» operası isə dekabrın 19-da tamaşaçıların görüşünə gələcək. Teatr dekabr ayı üçün nəzərdə tutulan nümayişlərini “Min bir gecə” baleti ilə başa çatdıracaq. Fikrət Əmirov yaradıcılığına aid ölməz balet nümunəsi dekabrın 20-də nümayiş olunacaq. Tamaşalar teatrın rəsmi saytında  və “YouTube” kanalında nümayiş olunacaq.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da dekabr ayı üçün onlayn repertuarını tərtib edib. Tamaşalar müvafiq günlərdə saat 19:00-da teatrın “Facebook” səhifəsində, saytında və “YouTube” kanalında nümayiş olunur.

 

Şənbə-bazar günləri üçün nəzərdə tutulan nümayişlər: 12 dekabr, M.S.Ordubadi – “Qətibə İnanc”;  13 dekabr, C.Cabbarlı – “Ulduz, yaxud Ədirnə fəthi”;  19 dekabr, İ.Əfəndiyev  – “Mənim günahım”;  20 dekabr, T.Orbay – “21.15 qatarı”; 26 dekabr, V.Şekspir – “12-ci gecə, yaxud hər nə istəsəniz”;  27 dekabr, Elçin – “Mənim sevimli dəlim”.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da dekabr repertuarı rəngarəngdir. Saat 12:00 və 19:00 olmaqla iki seansda nəzərdə tutulan nümayişlər sırasında “Şelkunçik” (E.Hofman), İtaliyansayağı xoşbəxtlik” (D. Fo, P.Filippo), Azərbaycan xalq nağılı əsasında səhnələşdirilən “Göyçək Fatma”, M.VişnekinQoca kloun”, A.TolstoyunBuratinonun macəraları”, Ə.OrucoğlununPul dəlisi” (Xalq artisti Gülşən Qurbanovanın 70 illik yubileyi münasibətilə), A.LindqreninUzuncorab Pippi”, C.Cabbarlının “Aydın”, A. Şaiqin “Tıq-tıq xanım” və N.Qoqolun “Dəlinin qeydləri” (mono-tamaşa) var. Aylıq repertuara V.ŞekspirinRomeo və Cülyetta”sı ilə yekun vurulacaq.

 

Dövlət Yuğ Teatrı da H.İbsenin “Vəsvəsə”, R.Akutaqavanın “Müəmmalı bir qətlin üç versiyası”, İ.Fəhminin “Mənəm, mən...”, V.Şekspirin “Lənət”, V.KliminMedeya Sekvensiya – 01”, T.VahidinQuş dili” tamaşalarından ibarət fərqli zövqlərə hesablanmış maraqlı repertuar tərtib edib.

 

Azərbaycan Dövlət Pantomima Teatrının onlayn repertuarını və tamaşalarını ətraflı izləmək istəyənlər hər həftənin şənbə və bazar günləri teatrın “YouTube” kanalına daxil ola bilərlər. Virtual nümayiş planında M.Füzulinin  Leyli və Məcnun” poeması əsasında “Gəldim ki, olam ğəmin hərifi”, B.Xanızadə və B.Əhmədlinin “Son ştrix” və B.Xanızadənin “Zibillik pərvanələri” tamaşaları var.

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının da maraqlı repertuarı var. Balaca teatrsevərlər dekabrın 11-dən 31-dək rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” (rus dilində), M.Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” mənzum nağılı əsasında mono kukla oyunu, habelə “Tıq-tıq və Taq-taqın nağılı” (A.Şaiq), “Pişiyin evi” (S. Marşak), “Qoğal (rus nağılı), “Cik-cik xanım” (Ə. Səmədli), “Sehrbaz qadın” (Ş.Perro),“Cırtdan” (M.Seyidzadə), “Oyaq gözəl” (V. İlyuxov) və “Qırmızıpapaq” (Ş.Perro) tamaşalarına baxa bilərlər.

 

Xatırladaq ki, bütün tamaşalar saat 12:00-da teatrın “YouTube” kanalında yayımlanır.

 

Ilin son ayı üçün Bakı Uşaq və Gənclər Teatrının onlayn tamaşa cədvəli də doludur. Bir müddət öncə reallaşdırdıqları “Evdə qal” aksiyası çərçivəsində danışdıqları nağılları lentə də alan teatrın aktyorlarının təqdimatında A.Şaiqin “Danışan gəlincik” (13 dekabr),  yəhudi nağılı əsasında hazırlanan “Leviafan, tülkü, bir də balıqlar” (19 dekabr), “Üç keçi” (26 dekabr) kimi maraqlı nümunələri izləyib-dinləyə biləcəksiniz.

 

Teatr təmsilçiləri balacalar üçünYeni il şənliyi” də tərtib ediblər. Dekabrın 31-də teatrın rəsmi video kanallarına daxil olmaqla bu şənliyə onlayn qoşula bilərsiniz. Bütün nümayişlər saat 13:00-dan başlanır və canlı yayım formatında davam edir.

 

Həmidə RÜSTƏMOVA

 

Mədəniyyət.- 2020.- 9 dekabr.- S.5.