Vətənpərvərliyin ən ali məqamı
Zirvə təbiətin coğrafi yüksəkliyi, ucalığı olduğu kimi, şəhidlik də vətənpərvərliyin ən ali məqamıdır. Doğulduğu Lənkərandan uzaqda “Öncə Vətəndir!” deyib canından keçən 31 yaşlı baş leytenant lənkəranlı Vüsal Kazımovun da taleyinə şəhidlik zirvəsi yazıldı...
Vüsalın ən böyük arzusu Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi idi. Bu ilin iyul ayında Tovuz döyüşlərindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə gedərək könüllü xidmətə yazılmışdı. Müharibə başlayan kimi cəbhəyə yola düşdü. Ailəsi ilə tez–tez əlaqə saxlayırdı. Elə danışardı ki, sanki ömrünü hərb sənətinə həsr edib. Ordumuzun qüdrətindən qürurla söhbət açırdı.
Vüsal Kazımov
ziyalı ailəsində böyüyüb
boya-başa çatmışdı. Atası Kamran Kazımov Lənkəran Dövlət Universitetinin dosentidir. Vüsal Lənkəran Dövlət
Universitetində ali təhsil aldıqdan sonra hərbi xidmət keçmiş, N saylı hərbi hissədə tağım komandiri olmuşdu. Həqiqi hərbi xidmət
müddəti başa
çatandan sonra Lənkərana qayıtmış,
şəhər Gənclər
və İdman İdarəsində işləməyə
başlamışdı. V.Kazımova qısa müddət ərzində etimad göstərilərək Lənkəran
şəhər Uşaq,
gənclər və idman məktəbinə direktor təyin edilmişdi.
Vüsal həyatı sevirdi, dostcanlı idi. Şəhid ailələrinə
baş çəkər,
onlara yardım edərdi. Şəhid övladlarına baxanda deyərdi ki, o uşaqların atasından artıq deyilik. Onlar Azərbaycanın ərazi bütövlüyü
uğrunda, torpaqlarımız
üçün, bizim
üçün şəhid
olublar. Allah mənə
də o adı qismət eləsin...
Vətən müharibəsində Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan
və Şuşa şəhərlərinin erməni
işğalçılarından azad edilməsində şücaət göstərmiş
Azərbaycan Ordusunun baş leytenantı Vüsal Kazımov Daşaltı və Şuşada gedən döyüşlər zamanı
şəhid oldu...
Bu gün qəhrəman
şəhidimizlə təkcə
ailə üzvləri
yox, bütün xalq qürur duyur. Kimliyindən asılı olmayaraq,
hər bir şəhid Vətən övladlarının qəlbinə
düşmüş bir
qordur. Elə bir qor ki,
bu millət yaşadıqca o, xalqımızın
yoluna işıq saçacaq...
Vüsaldan geriyə xatirələrdə
hər zaman gözəl anlarla yaşadacaq ailəsi, dostları və bir də Vətən
əmanəti Nuray və Aynur adlı
iki qız övladı qaldı.
Şəhid noyabrın 29–da Lənkəran
rayonunun Yuxarı Nüvədi kənd qəbiristanlığında dəfn
olunub.
Allah rəhmət eləsin.
Mədəniyyət.-
2020.- 9 dekabr.- S.6.