Musiqi məktəbinin növbəti uğuru
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbi Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində keçirilən “Melomania” Beynəlxalq vokal və instrumental ifaçılıq mədəniyyəti müsabiqəsində iştirak edib.
İdarədən bildirilib ki, müsabiqədə məktəbin fortepiano ixtisası üzrə şagirdi Lalə Nəcəfova çıxış edib. Uğurlu çıxışı yüksək qiymətləndirilən Lalə Nəcəfova müsabiqənin Qran-Pri mükafatına layiq görülüb.
Məktəbin fortepiano
ixtisası üzrə müəllimi, Əməkdar mədəniyyət
işçisi Tamilla
Məmmədova münsiflər heyəti tərəfindən təşəkkürnamə
ilə mükafatlandırılıb.
Mədəniyyət.- 2020.- 9 dekabr.-
S.3.