Macar mədəniyyətinin təbliğində xidmətlərinə görə

 

 

Azərbaycan Televiziyasının  “Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov Macarıstanın “Qızıl Ləyaqət Xaçı” ordeni ilə təltif olunub. Macarıstan Prezidenti Yanoş Ader macar mədəniyyətinin Azərbaycanda populyarlaşmasında “Mədəniyyət” TV-nin rolunu qiymətləndirərək onu bu mükafata layiq görüb.

 

Təltifolunma mərasimi Macarıstanın ölkəmizdəki səfirliyində keçirilib. Macarıstan səfiri Viktor Sederkenyi çıxış edərək telekanalın macar ədəbiyyatının, musiqisinin, incəsənətinin Azərbaycan ictimaiyyətinə çatdırılmasında böyük rol oynadığını bildirib.

 

Ramil Qasımov Macarıstan Prezidentinə, həmçinin səfir Viktor Sederkenyiyə “Mədəniyyət” TV-yə və onun işinə göstərilən etimada görə təşəkkür edib.

 

 

Mədəniyyət.- 2020.- 9 dekabr.- S.8.