“İRS” jurnalı portuqal dilində ölkəmizi tanıdır

 

 

Braziliyada “İRS-Herancajurnalının portuqal dilində növbətibeşinci buraxılışı işıq üzü görüb.

 

Ölkəmizin Braziliyadakı səfirliyindən bildirilib ki, ənənəvi olaraq jurnalın bu nömrəsində Azərbaycanın mədəniyyətinə, qədim tarixinə, müasir inkişafına, tolerantlıq siyasətinə idman həyatına aid məlumatlar yer alıb.

 

Jurnalın baş redaktoru Musa Mərcanlı giriş sözündə Dağlıq Qarabağın tarixi, ermənilərin bu torpaqlara əsassız iddiaları 27 ildən sonra Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqlarının işğaldan azad olunmasından söz açıb. Jurnalda həmçinin, Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa haqqında, ölkəmizin arxitekturası zəngin xalçaçılıq ənənələrindən bəhs edən məqalələr yer alıb.

 

Məşhur rəssam Səttar Bəhlulzadənin əsərlərində kəlağayı motivləri haqqında yazı, Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən məqalə (müəllif Klaudo Klaus) başqa materiallar dərc edilib. “İRS” jurnalının 5-ci nömrəsi Azərbaycanın Braziliyadakı səfirliyi ilə birgə əməkdaşlıq nəticəsində nəşr olunub. Nəşr Braziliyanın hökumət orqanları, parlamenti, ali təhsil ocaqları vətəndaş cəmiyyəti institutları arasında yayılır.

 

 

Mədəniyyət.- 2020.- 9 dekabr.- S.8.