Müharibənin bitməsinə saatlar qalmış...
Tacəddin Şahəddin oğlu Əzizli Qarabağın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan 2783 nəfər Vətən övladından biridir.
1994-cü ilin 7 avqustunda
Salyan rayonunun Sarvan kəndində anadan olub. 2000-ci ildə
İsfəndiyar Həsənov
adına Sarvan kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 2004-cü ildən təhsilini Bakıda, Səbail rayonu Rəfail Hüseynov adına
49 nömrəli məktəb-liseydə
davam etdirib. 2011-ci ildə məktəbi
bitirib. 2012-ci ildə Ukraynada Xarkov Dövlət Ticarət və Qida Sənayesi İnstitutuna qəbul olub. Ali təhsilini
başa vurduqdan sonra, 2017-ci ildə Vətənə qayıdaraq
hərbi xidmətə
yollanıb. Nümunəvi xidmətinə görə
fəxri fərmanlarla
təltif olunub. 2018-ci ildə hərbi
xidməti başa vurub. Şirkətlərin birində ixtisası
üzrə işləyirdi.
Atası
Şahəddin Əzizlinin
sözlərinə görə,
oğlu hələ 21
sentyabrda könüllü
olaraq orduya yazılmışdı: “Müharibənin
ilk günündən Füzuli
rayonunun Qaraxanbəyli,
Seyidəhmədli kəndləri
istiqamətində döyüşlərə
qatılıb. Döyüş yoldaşları Tacəddinin
Füzulinin Ələsgərli
kəndi istiqamətində
gedən döyüşlərdə
xüsusilə şücaət
göstərdiyini deyirlər.
Onlara verilən əmrə əsasən, oktyabrın
28-də Tacəddin üç
döyüş yoldaşı
ilə birgə düşmənin postunu ələ keçirirlər.
Çox
sayda canlı qüvvəni məhv etməklə düşmənə
məxsus 4 avtomobil və xeyli silah-sursat
ələ keçirirlər.
Sonra Cəbrayıl-Hadrut istiqamətində
döyüşürlər”.
Tacəddinin döyüş yolu
daha sonra Şuşa istiqamətində
davam edib. Şuşa döyüşlərində düşmənlə
əlbəyaxa döyüşünə
də qatılıb.
9 noyabrda, hərbi
əməliyyatların dayandırılmasına
bir neçə saat qalmış, Laçın istiqamətində
döyüşdə şəhid
olub.
Şəhid Tacəddin Əzizli 14 noyabrda doğma kəndində dəfn olunub.
Nur içində yatsın.
Mədəniyyət.- 2020.- 11 dekabr.- S.5.